Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Süleyman Süleymanov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Süleyman Süleymanov
Süleymanov Süleyman Həşim oğlu
Süleyman Süleymanov
Süleyman Süleymanov.
Doğum tarixi 22 sentyabr 1938 (1938-09-22) (85 yaş)
Doğum yeri Baş Layısqı, Nuxa (indiki Şəki) rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • Sovet Ticarəti Texnikumu, texnologiya şöbəsi (–1960)

 • Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu, ərzaq malları əmtəəşünaslığı fakültəsi, axşam şöbəsi (1967–)
Adının digər versiyaları Suleyman Suleymanov, Сулейман Сулейманов, Сүлејман Сүлејманов

Süleyman Süleymanov — tanınmış ictimai iaşə işçisi və kulinar. Uzun müddət Sumqayıt şəhər ictimai iaşə trestində müxtəlif vəzifələrdə çalışmışdır.

Haqqında məlumatlar

22 sentyabr 1938-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Baş Layısqı kəndində anadan olub.

1941-ci ildə Böyük Vətən müharibəsinin başlanmasından sonra atası Həşim Süleymanov orduya çağırılıb. O, Mozdok ətrafında gedən döyüşdə ağır yaralanıb və 1942-ci ilin fevral ayında ordudan tərxis olunub. Üç ay sonra isə vəfat edib.

Təhsili

1956-cı ildə Baş Layısqı kənd orta məktəbini,

1960-cı ildə Sovet Ticarəti Texnikumunun (Bakı) texnologiya şöbəsini bitirib.

1967-cı ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun ərzaq malları əmtəəşünaslığı fakültəsinin axşam şöbəsinə daxil olub.

Hərbi xidmətdə

1960 – 1963-cü illərdə hərbi xidmətdə olub.

Əmək fəaliyyəti

1960-cı ildə təyinat üzrə Sumqayıt şəhər iaşə trestinin şəbəkələrində aşpaz,

1963-cü ildən Bakıda 2 №-li yeməkxanalar trestinin şəbəkələrində, Ali partiya məktəbinin yeməkxanasında baş aşbaz,

1967-ci ildən Ticarət Kulinar Peşə Məktəbinin aşbazlıq qrupunda istehsalat ustası,

1968-ci ildən Ticarət Kulinar Peşə Məktəbinin Sumqayıt filialında aşbazlıq müəllimi və müdir işləyib.

1973 – 1998-ci illərdə Sumqayıt şəhər ictimai iaşə trestində müxtəlif vəzifələrdə çalışıb; o cümlədən,

1973-cü ildən kadrlar üzrə direktor müavini,

1977-ci ildən baş müvəkkil,

1985-ci ildən baş mühəndis-texnoloq,

1993 – 1998-ci illərdə istehsalat müdiri olub.

1998-ci ildə Ticarət Nazirliyinin və ictimai-iaşə trestlərinin ləğv olunmasından sonra təqaüdə çıxıb.

Digər

27 noyabr 1974-cü il tarixdə Sumqayıtın 25 illik yubileyi münasibəti ilə “Bahar” restoranında təşkil olunmuş və respublika rəhbərlərinin, o cümlədən Heydər Əliyevin də iştirak etdiyi böyük ziyafətin təşkilinə rəhbərlik edib.

Ailəsi

5 övladı, 11 nəvəsi, 4 nəticəsi var.