Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Səadət Çələbiyeva

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 19:52, 31 iyul 2022 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Səadət Çələbiyeva
Çələbiyeva Səadət Məmməd qızı
Səadət Çələbiyeva
Səadət Çələbiyeva, 2009-cu il.
Doğum tarixi 31 iyul 1955 (1955-07-31) (68 yaş)
Doğum yeri İnçə, Nuxa (indiki Şəki) rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Uşaqları Aynur Məsimova, Gunel Qulamova, Elnur Rəsulov
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • Şəki Pedaqoji Texnikumu (1970–1973);

 • V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu (1975–1980)

Səadət Çələbiyeva — Şəki şəhər 7 saylı orta məktəbinin azərbaycan dili və ədəbiyyatı fənni müəllimi və ibtidai siniflər üzrə tədris hissə müdiri. Şəki radiosunun sonuncu diktorudur.

Haqqında məlumatlar

31 iyul 1955-il tarixdə Nuxa (indiki Şəki) rayonunun İnçə kəndində anadan olub.

Təhsili

1962 – 1970-ci illərdə Nuxa şəhər 3 №-li orta məktəbində,

1970 – 1973-cü illərdə Şəki Pedaqoji Texnikumunun məktəbəqədər fakültəsində,

1975 – 1980-cı illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyət fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1980-cı ildən Şəki 7 saylı orta məktəbdə azərbaycan dili və ədəbiyyatı fənnindən dərs deyir; o cümlədən,

1987-ci ildən həm də ibtidai siniflər üzrə tədris hissə müdiridir.

1984 – 1994-cü illərdə Şəki radiosunun diktoru olub.

Digər

Radioda işləyərkən Qarabağ şəhidləri barədə silsilə verilişlər hazırlamış və səsləndirmişdir.