Səadət Çələbiyeva

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Səadət Çələbiyeva
Çələbiyeva Səadət Məmməd qızı
Səadət Çələbiyeva
Səadət Çələbiyeva, 2009-cu il.
Doğum tarixi 31 iyul 1955 (1955-07-31) (68 yaş)
Doğum yeri İnçə, Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, SSRİ
Uşaqları Aynur Məsimova, Gunel Qulamova, Elnur Rəsulov
Vətəndaşlıq SSRİ Azərbaycan
Təhsili

 • Şəki Pedaqoji Texnikumu (1970–1973);

 • V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu (1975–1980)

Səadət Çələbiyeva — Şəki şəhər 7 saylı orta məktəbinin azərbaycan dili və ədəbiyyatı fənni müəllimi və ibtidai siniflər üzrə tədris hissə müdiri. Şəki radiosunun sonuncu diktoru olub.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

31 iyul 1955-il tarixdə Nuxa (indiki Şəki) rayonunun İnçə kəndində anadan olub.

Təhsili[Vizual redaktə | HTML redaktə]

1962 – 1970-ci illərdə Nuxa şəhər 3 №-li orta məktəbində,

1970 – 1973-cü illərdə Şəki Pedaqoji Texnikumunun məktəbəqədər fakültəsində,

1975 – 1980-cı illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyət fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1980-cı ildən Şəki 7 saylı orta məktəbdə azərbaycan dili və ədəbiyyatı fənnindən dərs deyir; o cümlədən,

1987-ci ildən həm də ibtidai siniflər üzrə tədris hissə müdiridir.

1984 – 1994-cü illərdə Şəki radiosunun diktoru olub.

Digər[Vizual redaktə | HTML redaktə]

Radioda işləyərkən Qarabağ şəhidləri barədə silsilə verilişlər hazırlamış və səsləndirmişdir.