Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Səadət Əsgərzadə

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç
......
Səadət Əsgərzadə
Əsgərzadə Səadət Məmmədəmin qızı
Səadət Əsgərzadə
Səadət Əsgərzadə.

Səadət Əsgərzadə — texnika elmləri doktoru, AMEA akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun neftin kompleks emalı və texniki-iqtisadi əsaslandırılması laboratoriyasının müdiri.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

14 oktyabr 1949-cu il tarixdə Bakıda anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1966-cı ildə Bakı şəhər 175 №-li orta məktəbini bitirib.

1966 – 1971-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun kimya-texnologiya fakültəsində,

1971 – 1974-cü illərdə Azərbaycan SSR EA Neft və Kimya Prosesləri İnstitutunun aspiranturasında təhsil alıb.

Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1977-ci ildə “Katalitik krekinq benzinləri əsasında etilləşmiş yüksək oktanlı Aİ-93 benzinləri alınmasının kompleks sxemlərinin işlənib hazırlanması” mövzusunda namizədlik dissertasiyasını,

2006-cı ildə isə “Yüksək keyfiyyətli yanacaq və yağların istehsalını təmin edən Azərbaycanın Neft Emalı zavodlarında neftin səmərəli emal sxemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Çap olunmuş 87 elmi əsərin (13-ü xaricdə çap olunmaqla) müəllifidir.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1971-ci ildən Azərbaycan SSR EA Neft və Kimya Prosesləri İnstitutunda/AMEA akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda işləyir; o cümlədən, bu institutda əvvəl texnik, sonra kiçik elmi işçi, daha sonra baş elmi işçi vəzifəsində çalışmış,

1993-cü ildən isə neftin kompleks emalı və texniki-iqtisadi tədqiqatlar laboratoriyasının müdiri olmuşdur.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

İstinadlar[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. ....

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. ... ... // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 148-150. — 1.000 nüsx.
  2. Neft-Kimya Prosesləri İnstitutunun elmlər doktorları : Əsgərzadə Səadət Məmməd Əmin qızı : [arx. 17.07.2021] : [azərb.] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 17.07.2021.
  3. Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : [arx. 24.09.2019] : [azərb.] // Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi aktların vahid elektron bazası. — 2009. — 30 sentyabr. — Müraciət tarixi: 17.07.2021.

Bildiriş[Vizual/Mobil redaktə | HTML redaktə]

...