Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Səbinə Hacıyeva

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) (Səhifəni 'Azərbaycan Respublikası Memarlar İttifaqının Elm və təhsil üzrə komissiyasının sədri Hacıyeva Səbinə Xalid qızı. 2000 – 2007-ci illərdə “Bərpa və...' ilə yarat) tərəfindən edilmiş 14:09, 29 may 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search

Azərbaycan Respublikası Memarlar İttifaqının Elm və təhsil üzrə komissiyasının sədri Hacıyeva Səbinə Xalid qızı. 2000 – 2007-ci illərdə “Bərpa və Muzeyləşdirmə” layihələrinin müəlliflərindən biri

Haqqında məlumatlar

1971-ci ildə Bakıda anadan olub.

1994-cü ildə Azərbaycan Mühəndis İnşaat institutunu bitirib.

1994 – 2003-cü illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin landşaft memarlığı kafedrasında müəllim,

2000 – 2015-ci illərdə abidələrin bərpası və mühafizəsi laboratoriyasında müdir işləyib.

2015-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiridir.

Şəki rayonunun Kiş kəndindəki kilsə tikilisinin bərpası və muzeyləşdirilməsinə həsr edilmiş Azərbaycan – Norveç “KİŞ” layihəsində; Qəbələ rayonunun Nic kəndindəki kilsənin bərpasına həsr edilmiş Azərbaycan – Norveç “NİC” layihəsində; Qax rayonunun Qum kəndindəki kilsənin konservasiyasına həsr edilmiş Azərbaycan – ABŞ “Qum” layihərində iştirak edib.

1999-cu ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür.

2012-ci ildə Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü seçilmişdir.

2015-ci ildə Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin professoru,

2016-ci ildə Bakı Akademik Mərkəzinin elmi katibi seçilib.

Azərbaycan memarlığının inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 2016-cı il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir. 100-dən çox elmi əsərin, o cümlədən 2 monoqrafiyanın müəllifi, 4 kitabın həmmüəllifidır.