Səbuhi Əhmədov (1996–2022) — Azərbaycan Silahlı Qüvvələrinin 13 sentyabr 2022-ci il tarixdə Azərbaycan – Ermənistan sərhəddində şəhid olmuş giziri. Vətən müharibəsi iştirakçısı idi.

Səbuhi Əhmədov
Əhmədov Səbuhi Fuad oğlu
Səbuhi Əhmədov
Səbuhi Əhmədov.
Doğum tarixi 21 dekabr 1996(1996-12-21)
Doğum yeri Şəki, Azərbaycan
Vəfat tarixi 13 sentyabr 2022 (25 yaşında)
Vəfat yeri Kəlbəcər rayonu, Azərbaycan
Dəfn yeri İkinci Şəhidlər Xiyabanı, Bakı, Azərbaycan
Vəfat səbəbi döyüşdə şəhid olub
Vətəndaşlıq Azərbaycan
Mənsubiyyəti Azərbaycan Ordusu
Təhsili Bakı Qida Sənayesi Kolleci
Hərbi fəaliyyəti
Rütbə gizir
Təltifləri "Azərbaycan Bayrağı" ordeni"Vətən uğrunda" medalı — 2022"Cəsur döyüşçü" medalı — 2020

Haqqında məlumatlar Redaktə

21 dekabr 1996-cı il tarixdə Şəkidə doğulub. Ailədə iki qardaş olublar. Kiçik yaşlarında anaları vəfat edib bundan sonra baxılmaq üçün uşaq evinə veriliblər.

Təhsili Redaktə

Bakı şəhər 269 saylı tam orta məktəbində və Bakı Qida Sənayesi Kollecində təhsil alıb.

Hərbi xidmətdə Redaktə

Vətən müharibəsində gizir olaraq iştirak edib.

Şəhid olması Redaktə

13 sentyabr 2022-ci il tarixdə – 25 yaşında, Ermənistanla sərhəddə döyüş meydanında qəhrəmancasına həlak olub.

14 sentyabr 2022-ci il tarixdə Bakıda İkinci Şəhidlər Xiyabanında dəfn edilib.

Təltif və mükafatları Redaktə

İstinadlar Redaktə

Ədəbiyyat Redaktə

  1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 18 Dec 2020 - 18 Apr 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 18 dekabr. — Müraciət tarixi: 21.12.2021.
  2. Şəhid Səbuhi Əhmədov İkinci Fəxri xiyabanda dəfn edilib : [arx. 14.09.2022] // Report. — 2022. — 14 sentyabr. — Müraciət tarixi: 14.09.2022.
  3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : [arx. 06.11.2022] // Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. — 2022. — 5 noyabr. — Müraciət tarixi: 06.11.2022.

Videolar Redaktə