Sədaqət Qasımlı (1942–2019) — filologiya elmləri doktoru, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi. Türkiyə – Azərbaycan ədəbi və elmi əlaqələrinin tədqiqatçısı kimi tanınıb.

Sədaqət Qasımlı
Qasımlı Sədaqət Əbdürəhman qızı
Sədaqət Qasımlı
Sədaqət Qasımlı, 2010-cu il.
Doğum tarixi 28 mart 1944(1944-03-28)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 30 sentyabr 2019 (75 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi filologiya
Elmi dərəcəsi filologiya elmləri doktoru
Təhsili

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, şərqşünaslıq fakültəsi, türk filologiyası şöbəsi (1960–1965)

Azərbaycan SSR EA Yaxın və Orta Şərq Xalqları İnstitutu, aspirantura (1967–1969)
Həyat yoldaşları Azər Qasımlı, texnika elmləri doktoru, professor
Uşağı Araz Qasımov
Atası Əbdürəhman Abdullayev

Haqqında məlumatlar

28 mart 1944-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1960-cı ildə Nuxa şəhər 12 saylı orta məktəbini bitirib.

1960 – 1965-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin türk filologiyası şöbəsində,

1967 – 1969-cu illərdə isə Azərbaycan SSR EA Yaxın və Orta Şərq Xalqları İnstitutunun aspiranturasına təhsil alıb.

İş yerləri

1964 – 1967-ci illərdə Azərbaycan SSR EA Əlyazmalar fondunda baş laborant,

1969-ci ildən Azərbaycan SSR EA Yaxın və Orta Şərq Xalqları İnstitutun türk filologiyası şöbəsində işləməyə başlayıb, əvvəl kiçik elmi işçi, sonra isə böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrini tutub.

Elmi fəaliyyəti

1983-cü ildə akademik H.Araslının rəhbərliyi ilə “Haldun Tanerin bədii nəsri” adlı elmi mövzuda namizədlik dissertasiyasını,

1988-ci ildə “Türkiyə ədəbiyyatında yeni hekayəçilik, XIX əsrin ikinci yarısı və XX əsr” adlı elmi mövzuda doktorluq dissertasiyasını müdafiə edib.

1994-cü ildə “Haldun Tanerin bədii nəsri” adlı monoqrafiyası çap olunub.

“Bəkir Yıldızın hekayələrində realizm” adlı mövzuda 10-dan çox elmi əsəri çap olunub.

2004-cü ildə B.Osmanova ilə birlikdə hazırladığı “XX əsrin 20-ci illərində Azərbaycan mətbuatında Türkiyə ədəbiyyatının tədqiqinə dair” adlı kitabı çap olunub.

Türkiyə ədəbiyyatının “Tənzimat”, “Sərvəti-Funun”, “Ədəbiyyati-Cədidə” dövrlərinə aid antologiyanın hazırlanmasında fəal iştirak edib. Türkiyə ədəbiyyatının müxtəlif dövrlərinə və görkəmli simalarına aid araşdırmalar aparıb. Bakıda və Türkiyədə keçirilən beynəlxalq simpoziumlarda elmi məruzələrlə çıxış edib, 60-a qədər elmi məqaləsindən 5-i isə Türkiyədə çap olunub.

2019-cu ildə doktorluq dissertasiyasının elmi mövzusu olan “Türkiyə ədəbiyyatında yeni hekayəçilik, XIX əsrin ikinci yarısı və XX əsr” adlı kitabı AMEA Z.Bünyadov adına Şərşünaslıq İnstitutunun elmi şurasının qərarı ilə çap edilib.

Türk dilindən tərcümələri

2005-ci ildə İsmət Bozdağın “Lətifə xanım Atatürkün həyat yoldaşı”, 2007-ci ildə Haldun Tanerin “Hekayələr”və və 2007 – 2008-ci illərdə qədim türk dastanı “Saltuknamə”nin I-II-III cildləri (B.Osmanova və E.Xəlilova ilə) çap olunub.

Tərcümə etdiyi “Türk Amacı dərgisinin materialları” adlı kitab da akademik Z.Bünyadov adına Şərqşünaslıq institutunun elmi şurası tərəfindən çapa təqdim edilib.

Vəfatı

30 sentyabr 2019-cu il tarixdə – 75 yaşında, Bakıda vəfat edib. Şəkidə dəfn olunub.

Ailəsi

  • Atası: Əbdürəhman Abdullayev, filologiya elmləri namizədi, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi.
  • Həyat yoldaşı: Azər Qasımlı, texnika elmləri doktoru, professor.
  • Oğlu: Araz Qasımov, 1999 – 2002-ci illərdə Şəki şəhər İcra Hakimiyyəti başçısının müavini olub.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Qasımova Sədaqət Əbdürəhman qızı // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 321-322. — 1.000 nüsx.