Sədayə Mustafayeva

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (müzakirə | redaktələr) (→‎Ailəsi) tərəfindən edilmiş 19:20, 24 noyabr 2020 tarixli redaktə
Sədayə Mustafayeva
Mustafayeva Sədayə İsmayıl qızı
Sədayə Mustafayeva
Sədayə Mustafayeva
Doğum tarixi 15 iyul 1926(1926-07-15)
Doğum yeri Nuxa, Şəki qəzası, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 13 avqust 2004 (78 yaşında)
Vəfat yeri Gəncə, Azərbaycan
Həyat yoldaşı Məmməd Bürcəliyev
Uşağı Anar Bürcəliyev
Peşəsi aktrisa
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1981
IMDb ID 3081431

Sədayə Mustafayeva — teatr və kino aktrisası, Azərbaycanın SSR-in xalq artisti. Əvvəl Nuxa Dövlət Dram Teatrında, sonra Ağdaş, Göyçay teatrlarında və nəhayət, 1950-ci ilin mart ayından etibarən isə Kirovabad Dövlət Dram Teatrında aktrisa kimi fəaliyyət göstərib. Həmçinin, 20-dən artıq filmə çəkilmişdir.

Haqqında məlumatlar

15 iyul 1926-cı il tarixdə Nuxa şəhərində anadan olub.

5 illik orta təhsilini bitirdikdən sonra Nuxa İpək kombinatında fəhlə işləyib.

Sonra Nuxa Dövlət Dram Teatrında, Ağdaş, Göyçay teatrlarında, 1950-ci ilin mart ayından isə Kirovabad Dövlət Dram Teatrında aktrisa kimi fəaliyyət göstərib. Sonuncu teatrın səhnəsində 400-dən artıq rol oynayıb.

Həmçinin, Azərbaycanfilmin istehsalı olan 20-dən artıq filmə çəkilib.

Vəfatı

13 avqust 2004-cü il tarixdə Gəncə şəhərində vəfat edib.

Ailəsi

Təltif və mükafatları

Filmoqrafiya

  1. Biri vardı, biri yoxdu... (film, 1967) (Qadın - S.Mustafayeva).
  2. Qanun naminə (film, 1968) (Xatun - S.Mustafayeva, səsləndirir - Ətayə Əliyeva).
  3. Mən ki gözəl deyildim (film, 1968) (Gözəl - S.Mustafayeva, səsləndirir - Ətayə Əliyeva).
  4. Şərikli çörək (film, 1969), (Şamama - S.Mustafayeva, səsləndirir - Ofelya Sənani).
  5. Gün keçdi (film, 1971), (Əsmərin anası - S. Mustafayeva, səsləndirir - Ətayə Əliyeva).
  6. Qızıl qaz (film, 1972), (Şəfiqənin anası - S.Mustafayeva, səsləndirir - Əminə Yusifqızı).
  7. Var olun, qızlar... (film, 1972), (Rüstəmin anası - S. Mustafayeva).
  8. Firəngiz (film, 1975), (Məsmə - S.Mustafayeva).
  9. Ad günü (film, 1977)(tammetrajlı bədii film)-rol: Əlinin anası.
  10. Qayınana (film, 1978), (Mülayim - S.Mustafayeva, səsləndirir - Süsən Məçidova).
  11. Gümüşü furqon (film, 1982), (Mədinənin anası - S.Mustafayeva).
  12. İlıq dənizdə buz parçası (film, 1983), (Təqaüdçünün anası - S.Mustafayeva).
  13. Cin mikrorayonda (film, 1985), (ana - S.Mustafayeva).
  14. İşarəni dənizdən gözləyin (film, 1986), (Komandanın anası - S.Mustafayeva, səsləndirir - Məhluqə Sadıqova).
  15. Şəhərli biçinçilər (film, 1986), (Humay - S.Mustafayeva).
  16. Ölsəm... bağışla (film, 1989), (Yusifin anası - S.Mustafayeva, səsləndirir - Zərnigar Atakişiyeva).
  17. Ağ atlı oğlan (film, 1995)(tammetrajlı bədii film)-rol: Mirvari nənə.
  18. Həm ziyarət, həm ticarət... (film, 1995), (Suğra xala - S.Mustafayeva, səsləndirir - Zərnigar Atakişiyeva).
  19. Dağıdılmış körpülər (film, 1996)(Əsmər - S.Mustafayeva).
  20. Acılar bitməz (film, 2009)(tammetrajlı bədii film)-rol: Orxanın nənəsi.

Şablon:Yaxşı məqalə