Sədayə Mustafayeva

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (müzakirə | redaktələr) (→‎Filmoqrafiya) tərəfindən edilmiş 00:11, 12 iyul 2021 tarixli redaktə
Sədayə Mustafayeva
Mustafayeva Sədayə İsmayıl qızı
Sədayə Mustafayeva
Sədayə Mustafayeva
Doğum tarixi 15 iyul 1926(1926-07-15)
Doğum yeri Nuxa (indiki Şəki), Şəki qəzası, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 13 avqust 2004 (78 yaşında)
Vəfat yeri Gəncə, Azərbaycan
Həyat yoldaşı Məmməd Bürcəliyev
Uşağı Anar Bürcəliyev
Peşəsi aktrisa
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1981
IMDb ID 3081431

Sədayə Mustafayeva (1926–2004) — teatr və kino aktrisası, Azərbaycanın SSR-in xalq artisti.

Haqqında məlumatlar

15 iyul 1926-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

Nuxada 5 illik orta təhsil alıb.

Əmək və yaradıcılıq fəaliyyəti

5 illik orta təhsilini bitirdikdən sonra Nuxa İpək kombinatında fəhlə işləyib.

Sonra Sabir adına Nuxa Dövlət Dram Teatrında, Ağdaş, Göyçay teatrlarında,

1950-ci ilin mart ayından isə Kirovabad Dövlət Dram Teatrında aktrisa kimi fəaliyyət göstərib. Sonuncu teatrın səhnəsində 400-dən artıq rol oynamışdır.

Həmçinin, “Azərbaycanfilm”in istehsalı olan 20-dən artıq filmə də çəkilib.

Filmoqrafiya

Təltif və mükafatları

Vəfatı

13 avqust 2004-cü il tarixdə – 78 yaşında, Gəncədə vəfat edib.

Ailəsi

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Mustafayeva Sədayə // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 437 – 438. — 1.000 nüsx.

Şablon:Yaxşı məqalə