Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Səidə İmanzadə

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya:S{{Yazıçı |Adı = Səidə İmanzadə |Orijinal adı = |Şəkil = |Şəkil miqyası = |Şəkil məlumat = |İlk adı...' ilə yarat) tərəfindən edilmiş 13:30, 26 mart 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Səidə İmanzadə
Doğum tarixi 29 dekabr 1910(1910-12-29)
Doğum yeri Şəki
Vətəndaşlığı Flag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti Azərbaycanlı
İxtisası tarixçi
Təhsili ali
Fəaliyyəti pedaqoq
Əsərlərinin dili Azərbaycan dili

Səidə İmanzadə — Azərbaycanın görkəmli pedaqoqu, Azərbaycan SSR-in Əməkdar Müəllimi.

Həyatı

Səidə xanım İmanzadə 29 dekabr 1910-cu ildə Şəkidə doğulmuşdur. O, ailəsi ilə 1924-cü ildə Bakıya köçmüşdür.

Yeni cəmiyyət quruculuğunun ilk dövründə öz həllini tələb edən ən mühüm ictimai problemlərdən biri də qadın azadlığı idi. Bu məqsədlə Bakı və onun rayonlarında onlarca qadın klubları, savad kursları yaradılmış və burada qadınlar arasında fəal ictimai-siyasi iş aparılırdı.

Səidə xanım İmanzadə 1925-ci ildə Əmircan qəsəbəsində fəaliyyət göstərən "Qadın nümayəndələri iclası" adlanan təşkilatın fəal üzvlərindən biri olmuş, burada azərbaycanlı qadınlar arasında iş aparmış, qadınların hüqüq və imkanlarını onlara başa salmışdır. Elə ilk vaxtlardan Səidə xanım və onun kimi digər ictimaiyyətçi azərbaycanlı qadınların apardıqları iş öz müsbət nəticəsini verirdi. Səidə xanım İmanzadə ictimai fəaliyyəti ilə yanaşı, öz təhsilini davam etdirməyi də unutmamışdı. O, 1926-cı ildə Bakıda fəaliyyət göstərən "Türk sənaye məktəbi"nə daxil oldu. O zaman Azərbaycanda qadın azadlığı hərəkatının mərkəzi hesab edilən Əli Bayramov adına qadınlar klubunda 1928-ci ildən başladığı fəaliyyət Səidə xanımın ictimai həyatında yeni mərhələ oldu. O, bütün qüvvəsini qadın hüquqları uğrunda mübarizəyə yönəltmişdi. Təqiblər, təhqirlər və hədələr gənc Səidəni xalqın balalarına savad vermək kimi şərəfli yoldan çəkindirə bilmədi. Onun Əli Bayramov klubundakı fəaliyyəti nəticəsində neçə-neçə azərbaycanlı qadın ictimai həyata qədəm qoymuşdur.[1]

Yaradıcılıq fəaliyyəti

Səidə İmanzadə 1930-cu ildə sənaye məktəbini müvəffəqiyyətlə bitirdikdən sonra təhsilini artırmaq məqsədilə fəhlə fakültəsinə qəbul edilmişdi. O, 1934-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix və ictimaiyyət fakültəsini bitirməklə özünün ən böyük arzusuna çatdı. Sonrakı bütün şüurlu həyatını müəllimliyə- bu xeyirxah peşəyə sərf etdi. Əvvəlcə Pirallahı adasındakı 98 saylı orta məktəbdə, sonradan 21 saylı məktəbdə çalışmış, qısa müddətdə adi müəllimlikdən orta məktəb direktoru vəzifəsinə qədər yüksəlmişdi. O, müəllimliklə yanaşı, ictimai fəaliyyətini uğurla davam etdirmiş, Bakı Soveti nəzdindəki "Mədəni yürüş" təşkilatının fəal iştirakçısı olmuşdu. Həmin illərdə S. İmanzadəni qadın azadlığının düşmənlərinə qarşı, cəhalətə və savadsızlığa qarşı respublikamızda gedən ümumxalq hərəkatının önündə görmək olardı.

1941-ci ildə faşizmə qarşı müharibənin başlanması ilə Səidə xanımın qayğıları daha da artmış və fəaliyyət dairəsi genişlənmişdir. İndi onu öz ər və oğullarını fabrik-zavodlarda əvəz etmiş fəhlə qadınlar arasında, hərbi xəstəxanalarda tez-tez görmək olurdu. 1942- ci ildə o, görkəmli sənətkarlarımız Səməd Vurğun və Mirzə İbrahimovla birlikdə Tiflisdə keçirilən Zaqafqaziya ziyalılarının antifaşist mitinqində iştirak edir və alovlu nitq söyləyir.

Müharibə illərində Səidə İmanzadəni Bakıda Qızlar İnternatının müdiri kimi məsul bir vəzifəyə irəli çəkmişdilər. O, sonralar həmin çətin illəri böyük ürək ağrısı ilə xatırlayaraq deyirdi: "Atalarını müharibədə itirmiş, valideyn himayəsindən məhrum olmuş qızların təhsili və taleyi məsələsi bizi çox düşündürürdü. Nə qədər ağır, iztirablı anlar keçirsək də, məktəbdə təlim-tərbiyə işini yüksək səviyyədə qura bilmişdik. Müəllimlərimiz bu qızlara əsl analıq qayğısı göstərirdilər..."

1943-cü ildə S.İmanzadə Bakının qabaqcıl təhsil ocaqlarından biri olan 132 nömrəli məktəbə direktor təyin olunur, kadr çatışmazlığı olduğuna görə eyni zamanda, BDU-nun tarix fakültəsində dərs deyir. 1946-cı ildən isə o, taleyini universitetlə bağlayır.

1941-1945-ci illərin ağır müharibə günlərində Səidə xanım İmanzadənin çoxcəhətli fəaliyyəti - ilk növbədə pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmişdi. 1943-cü ildə ona respublikanın "Əməkdar müəllimi" fəxri adı verildi. 1944-cü ildə "Qafqazın müdafiəsi, 1945-ci ildə isə "1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyə görə" medalı ilə təltif edildi. 1946-cı ildə Səidə xanım İmanzadə Lenin ordeninə layiq görüldü.

Səidə İmanzadə 75-dən çox elmi əsər, kitabça və broşyura buraxdırmış, məqalə çap etdirmişdi. "Azərbaycanda qadın azadlığı", "Qadınlar sülh uğrunda mübarizədə", "Qadının cəmiyyətdə rolu" və s. mövzuda yazdığı əsərlər respublikanın elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. Onun Azərbaycanda qadın hərəkatı tarixinə həsr olunmuş tədqiqatı ParisSan-Fransisko şəhərlərinin kitabxanalarında saxlanılır.

Səidə İmanzadə uzun illər universitetin tarix fakültəsinin dekanı kimi səmərəli fəaliyyət göstərmiş, SSRİ tarixi kafedrasında dosent vəzifəsində işləmiş, keçmiş SSRİ tarixinin yeni dövrü üzrə yüksək səviyyədə və məzmunlu mühazirələr oxumuş, ixtisas kursları tədris etmişdir.

Səidə İmanzadə xalqın taleyində müstəsna rol oynamış, millətin taleyüklü məqamlarında xilaskarlıq missiyasını şərəflə yerinə yetirmiş Heydər Əliyev kimi tələbəsi ilə daim fəxr etmişdir.

Mükafatları

Səidə İmanzadənin elmi-pedaqoji və ictimai fəaliyyəti yüksək qiymətləndirilmiş və o SSRİ-nin "Lenin" ordeni, "Şərəf nişanı" ordeni, "Əməkdə fərqlənməyə görə", "Arxa cəbhədə əməyə görə" medalları ilə təltif edilmişdir. Bundan başqa, yüksək ixtisaslı tarixşi kadrlar hazırlanmasında fəal iştirak etdiyinə görə SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin fəxri fərmanı, respulikada elmi biliklərin yayılmasında xidmətlərinə görə Ümumittifaq "Bilik" cəmiyyətinin fəxri fərmanı ilə mükafatlandırılmışdır. Onu adı 1962-ci ildə respublika "Bilik" cəmiyyətinin Fəxri Kitabına yazılmışdır.

O, Azərbaycan KP Mərkəzi Komitəsinin mühazirəçisi idi, 16 çağırış ardıcıl olaraq Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatı seçilmiş, 11 dəfə Azərbaycan Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanına layiq görülmüşdür.

İstinadlar

Xarici keçidlər