Səidə İmanzadə
Səidə İmanzadə | |
---|---|
İmanzadə Səidə Nəbi (Əhməd) qızı | |
Səidə İmanzadə. | |
Doğum tarixi | 29 dekabr 1910 |
Doğum yeri | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 1 may 1992 (81 yaşında)[1] |
Dəfn yeri | Fəxri xiyaban, Bakı, Azərbaycan |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elmi dərəcəsi | elmlər namizədi |
Elmi adı | dosent |
Təhsili | Azərbaycan Pedaqoji İnstitutu, tarix və ictimaiyyət fakültəsi (1930–1934) |
Evladları | Mübariz İmanzadə, Talehə |
Mükafatları |
|
Səidə İmanzadə (1910–1992) — tanınmış pedaqoq, tarix elmləri namizədi, dosent, Azərbaycan SSR əməkdar müəllimi.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
29 dekabr 1910-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
1924-cü ildə ailəsi ilə birlikdə Bakıya köçüb.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
Nuxada qızlar mədrəsində və qızlar məktəbində oxuyub.
Bakıda Türk Sənaye Məktəbində,
1928 – 1930-cu illərdə Fəhlə fakültəsində,
1930 – 1934-cü illərdə isə Azərbaycan Pedaqoji İnstitutunun tarix və ictimaiyyət fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1934-cü ildə təyinatla Bakı şəhər 98 №-li orta məktəbə (Pirallahı adasında) müəllim işləməyə göndərilib.
1938 – 1943-cü illərdə Bakı şəhər 132 №-li orta məktəbin müdiri olub.
1943-cı ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində əvvəl müəllim, sonra isə dosent vəzifəsində çalışıb. O cümlədən,
1965 – 1968-ci illərdə tarix fakültəsinin dekanı olub.
Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1954-cü ildə “Azərbaycanda qadın hərəkatının tarixindən” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
40-dan artıq məqaləsi mətbuatda dərc olunub.
35 elmlər namizədinin elmi rəhbəri olub.
Kitabları[Vizual/Mobil redaktə | HTML redaktə]
- Oktyabr sosialist inqilabı və Azərbaycanda qadın azadlığı. Bakı, Azərnəşr, 1957 (105 səhifə);
- İslam dini və qadın azadlığı məsələsi. Bakı, 1958 (45 səhifə);
- Qadınlar cəmiyyətdə və ailədə. Bakı, Azərnəşr, 1963 (60 səhifə);
- Qadının – ananın şərəfini yüksəldək. Bakı, Azərnəşr, 1967 (128 səhifə);
- Qadınlar sülh uğrunda mübarizədə. Bakı, 1970 (65 səhifə).
İctimai aktivliyi[Vizual/Mobil redaktə | HTML redaktə]
Ümumittifaq “Bilik” cəmiyyətinin fəxri üzvü,
Bakı Qadınlar Şurasının sədri olub.
Dəfələrlə ardıcıl olaraq Bakı Şəhər Sovetinin deputatı seçilib.
Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
- “Azərbaycan SSR əməkdar müəllimi” fəxri adı (1943);
- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı (1943, 1964, 1967, 1968, 1970);
- “Qafqazın müdafiəsinə görə” medalı (1944);
- “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı (1945);
- “Lenin” ordeni (1946);
- “Şərəf Nişanı” ordeni (1960);
- SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin fəxri fərmanı;
- “Əməkdə fərqlənməyə görə” medalı;
- digər medallar.
Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]
1 may 1992-ci il tarixdə – 81 yaşında, Bakıda vəfat edib. Bakıda Fəxri xiyabanda dəfn olunub[1].
Xatirəsi[Vizual/Mobil redaktə | HTML redaktə]
28 dekabr 2010-cu il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində Səidə İmanzadənin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib.
11 yanvar 2013-cü il tarixdə Bakı Dövlət Universitetində,
23 iyun 2014-cü il tarixdə isə Şəki şəhərindəki “Şəki-Palas” otelinin konfrans zalında Səidə İmanzadənin 100 illik yubileyinə həsr olunmuş «Nura boyanmış ömür» kitabının təqdimat mərasimi keçirilib. Hər iki tədbirdə Səidə İmanzadənin oğlu – Azərbaycan Respublikasının Tunisdəki səfiri, Mübariz İmanzadə də iştirak edib.
Şəkidə vaxtilə yaşamış olduğu evin yanından keçən küçəyə adı verilib və həmin küçədə divara xatirə lövhəsi vurulub.
İstinadlar[Vizual/Mobil redaktə | HTML redaktə]
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. İmanzadə Səidə // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 277-278. — 1.000 nüsx.
- "Görkəmli alim Səidə İmanzadənin anadan olmasının 100 illiyi qeyd edilmişdir". https://azertag.az (azərb.). AZƏRTAC. 28.12.2010. 25 Dec 2020 tarixində arxivləşdirilib.
- "Səidə İmanzadənin 100 illiyi qeyd olunub". http://bsu.edu.az (azərb.). Bakı Dövlət Universiteti. 11/01/2013. 15 Jan 2013 - 24 Oct 2020 tarixində arxivləşdirilib.
- "Şəkidə görkəmli alim və pedaqoq Səidə İmanzadəyə həsr edilmiş "Nura boyanmış ömür" kitabının təqdimatı olmuşdur". http://www.sheki-ih.gov.az/ (azərb.). www.sheki-ih.gov.az. 2014-06-25. 25 Dec 2020 tarixində arxivləşdirilib.
- Orsər R. Səidə İmanzadə // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 218-220. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
- Саида Иманзаде : Биография : [arx. 27.08.2022] : [rus.] // [Peoples.ru https://www.peoples.ru/]. — 2021. — 7 сентября. — Müraciət tarixi: 27.08.2022.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- S
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış görkəmli şəxslər
- 1910-cu ildə doğulanlar
- 29 dekabrda doğulanlar
- Dekabrda doğulanlar
- 1 mayda vəfat edənlər
- Mayda vəfat edənlər
- 1992-ci ildə vəfat edənlər
- Azərbaycan SSR əməkdar müəllimləri
- "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər
- Lenin ordeninin kavalerləri
- "Şərəf Nişanı" ordeni laureatları
- "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif edilənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- “Şəkidən gələn səslər” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr