Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Səlhab Məmmədov

Şəki Ensiklopediyası səhifəsi
91.242.22.71 (Müzakirə) (Səhifəni '{{Rəssam |Adı = Səlhab Məmmədov |Orijinal adı = Məmmədov Səlhab İsa oğlu |Şəkil = |Şəklin izahı = Səlhab Məmmədov |Şəklin ölçü...' ilə yarat) tərəfindən edilmiş 00:54, 25 aprel 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Səlhab Məmmədov
Məmmədov Səlhab İsa oğlu
Səlhab Məmmədov
Doğum tarixi 4 yanvar 1943 (1943-01-04) (81 yaş)
Doğum yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİ
Flag of Azerbaijan.svg Azərbaycan
Fəaliyyəti heykəltəraş
Mükafatları "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 2006 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1988
"Şərəf" ordeni — 2017 “Şöhrət” ordeni (Azərbaycan) — 2012

Səlhab Məmmədov (Məmmədov Səlhab İsa oğlu; d.  1 aprel 1943-cü il, Nuxa, Azərbaycan SSR, SSRİ ) — azərbaycanlı rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Azərbaycan Rəssamlar İttifaqı sədrinin birinci müavini, professor, Azərbaycan Respublikasının xalq rəssamı.

Haqqında məlumatlar

1943-cü ildə Nuxada anadan olub.

1962 – 1968-ci illərdə Tbilisi Dövlət Rəssamlıq Akademiyasında təshil alıb.

Yaradıcılığı

  • Saxsı və metalda işlənən relyef kompozisiyalarından “Xoş gəlmisiniz!” (1969, Panno “İnturist” binasının ön tərəfində);
  • “İnturist” binasının interyeri üçün hazırlanmış “Şərq motivləri” silsiləsi;
  • Metalda işlənmiş “Şərq melodiyası”, “İçəri şəhər”, “Qarabağ melodiyaları” kimi pannolar,
  • “Bakı-Neft şəhəri” mövzusunda bir sıra rəsmlər və vitraj;
  • “Naxçıvan” mehmanxanasının parlaq vitrajları;

Qobustana həsr edilmiş 16 kompozisiya;

“İçəri şəhər” dekorativ ləyən formasında plastik metal kompozisiya;

  • Almaniyanın Vuppertal şəhərində özəl kolleksiyada saxlanılan “Dostluq” relyefi;
  • “Azadlıq rəmzi”;

Berlində (Almaniya) ucaldılmış “Xocalı” abidəsi;

Romada (İtaliya) “Villa Borghese” parkında ucaldılmış Nizami Gəncəvinin abidəsi;

Polşanın Qniezno şəhərində ucaldılmış “Dostluq” abidəsi.


“Təsviri incəsənətdə rəsm” “Rəsm sənəti” kimi maraqlı elmi əsərlərin müəllifidir.

1970-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

1982 – 1988-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının məsul katibi, 1993-cü ildən Azərbaycan Rəssamlar İttifaqının katibi olub.

1989 – 1993-cü illərdə Azərbaycan Dövlət İncəsənət Universitetində müəllim,

1993 – 1999-cu illərdə Dövlət İncəsənət Universitetinin dosenti,

1999-cu ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru,

2004-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Beynəlxalq əlaqələr üzrə prorektoru kimi fəaliyyət göstərmişdir.

Azərbaycanda, Rusiya Federasiyasının Moskva, Peterburq şəhərlərinda və başqa xarici ölkələrdə açılan bədii sərgilərin təşkilatçısı olmuş, baş rəssam və dizayner vəzifələrinin icrası üçün dəvət olunmuşdur.

Filmoqrafiya

  • Bəyaz həyat (film, 2003).

Mükafatları

  • "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1988
  • "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 29 dekabr 2006[1]
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 17 iyun 2008[2]
  • "Şöhrət" ordeni (Azərbaycan) — 19 dekabr 2012[3]
  • "Şərəf" ordeni — 28 dekabr 2017[4]

Həmçinin bax

Oğlu Elxan Məmmədov AFFA-nın baş katibidir.

İstinadlar

  1. "Azərbaycan rəssamlarına Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az (azərb.). 29 dekabr 2006. İstifadə tarixi: 14 yanvar 2020.
  2. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az (azərb.). 17 iyun 2008. İstifadə tarixi: 14 yanvar 2020.
  3. "S.İ. Məmmədovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (azərb.). 19 dekabr 2012. İstifadə tarixi: 14 yanvar 2020.
  4. "S.İ.Məmmədovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az (azərb.). 28 dekabr 2017. İstifadə tarixi: 14 yanvar 2020.