Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7413 0538 5039 (08/22 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Səlhab Məmmədov

Şəki Ensiklopediyası səhifəsi
91.242.21.165 (Müzakirə) (→‎Yaradıcılığı) tərəfindən edilmiş 16:35, 26 aprel 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Səlhab Məmmədov
Məmmədov Səlhab İsa oğlu
Səlhab Məmmədov
Səlhab Məmmədov
Doğum tarixi 4 yanvar 1943 (1943-01-04) (79 yaş)
Doğum yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİ
Flag of Azerbaijan.svg Azərbaycan
Fəaliyyəti heykəltəraş
Təhsili Tbilisi Dövlət Rəssamlıq Akademiyası
Mükafatları "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 2006 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1988
"Şərəf" ordeni — 2017 “Şöhrət” ordeni (Azərbaycan) — 2012
Commons-logo.svg Commonsda da Səlhab Məmmədov ilə əlaqəli mediafayllar var

Səlhab Məmmədov (Məmmədov Səlhab İsa oğlu; d.  1 aprel 1943-cü il, Nuxa, Azərbaycan SSR, SSRİ ) — Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqı sədrinin birinci müavini. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru və beynəlxalq əlaqələr işləri üzrə prorektoru.

Haqqında məlumatlar

1943-cü ildə Nuxada anadan olub.

1962 – 1968-ci illərdə Tbilisi Dövlət Rəssamlıq Akademiyasında təshil alıb.

1970-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

1982 – 1988-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının məsul katibi, 1993-cü ildən Azərbaycan Rəssamlar İttifaqının katibi olub.

1989 – 1993-cü illərdə Azərbaycan Dövlət İncəsənət Universitetində müəllim,

1993 – 1999-cu illərdə Dövlət İncəsənət Universitetinin dosent vəzifəsində işləyib.

1999-cu ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professorudur.

2004-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının beynəlxalq əlaqələr işləri üzrə prorektorudur.

“Təsviri incəsənətdə rəsm”, “Rəsm sənəti” kimi elmi əsərlərin müəllifidir.

Azərbaycanda, Rusiya Federasiyasının Moskva, Peterburq şəhərlərinda və başqa xarici ölkələrdə açılan bədii sərgilərin təşkilatçısı olmuş, baş rəssam və dizayner vəzifələrinin icrası üçün dəvət olunmuşdur.

Oğlu Elxan Məmmədov AFFA-nın baş katibidir.

Yaradıcılığı
  • Saxsı və metalda işlənən relyef kompozisiyalarından “Xoş gəlmisiniz!” (1969, Panno “İnturist” binasının ön tərəfində);
  • “İnturist” binasının interyeri üçün hazırlanmış “Şərq motivləri” silsiləsi;
  • Metalda işlənmiş “Şərq melodiyası”, “İçəri şəhər”, “Qarabağ melodiyaları” kimi pannolar,
  • “Bakı-Neft şəhəri” mövzusunda bir sıra rəsmlər və vitraj;
  • “Naxçıvan” mehmanxanasının parlaq vitrajları;
  • Qobustana həsr edilmiş 16 kompozisiya;
  • “İçəri şəhər” dekorativ ləyən formasında plastik metal kompozisiya;
  • Almaniyanın Vuppertal şəhərində özəl kolleksiyada saxlanılan “Dostluq” relyefi;
  • “Azadlıq rəmzi”;
  • Berlində (Almaniya) ucaldılmış “Xocalı” abidəsi;
  • Romada (İtaliya) “Villa Borghese” parkında ucaldılmış Nizami Gəncəvinin abidəsi;
  • Polşanın Qniezno şəhərində ucaldılmış “Dostluq” abidəsi.

Mükafatları

  • “Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi” fəxri adı — 1988;
  • “Azərbaycan Respublikasının xalq rəssamı” fəxri adı — 29 dekabr 2006[1]
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 17 iyun 2008[2]
  • “Şöhrət” ordeni (Azərbaycan) — 19 dekabr 2012[3]
  • “Şərəf” ordeni — 28 dekabr 2017[4]

Aidiyyəti linklər

İstinadlar

  1. "Azərbaycan rəssamlarına Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az (azərb.). 29 dekabr 2006. İstifadə tarixi: 14 yanvar 2020.
  2. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az (azərb.). 17 iyun 2008. İstifadə tarixi: 14 yanvar 2020.
  3. "S.İ. Məmmədovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (azərb.). 19 dekabr 2012. İstifadə tarixi: 14 yanvar 2020.
  4. "S.İ.Məmmədovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az (azərb.). 28 dekabr 2017. İstifadə tarixi: 14 yanvar 2020.