Sənan Ələskərov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) tərəfindən edilmiş 14:59, 8 avqust 2022 tarixli redaktə
Sənan Ələskərov
Ələskərov Sənan Arif oğlu
Sənan Ələskərov
Sənan Ələskərov.
Doğum tarixi 10 yanvar 1956(1956-01-10)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Həyat yoldaşı Eva Abilova
Vətəndaşlıq SSRİ Azərbaycan
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, jurnalistika fakültəsi (–1982)
saytı
facebok səhifəsi

Sənan Ələskərov — tanınmış fotoqraf, foto-jurnalist, Bakı Fotoqrafiya Evinin kuratoru. Fotoqrafiya işləri dəfələrlə yerli və beynəlxalq fotoqrafiya sərgilərində nümayiş etdirilmişdir.Onlardan bəziləri dünyanın tanınmış muzeylərinin eksponatıdır, bəziləri isə şəxsi kolleksiyalarda saxlanılır.

Haqqında məlumatlar

10 yanvar 1956-cı il tarixdə Bakıda anadan olub.

1982-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

1989-cu ildə “Xəzər” Fotoqrafiya Klubuna rəhbərlik edib.

1999-cu ildə Azərbaycan Fotoqrafiya İttifaqının bədii komitəsinin sədri olub.

1999 Azərbaycan Rəssamlarının “Labirint” qrupuna qoşulub.

1976 – 2000-cı illərdə elm, kommersiya, sənaye və jurnalist fotoqrafiyası sahəsi üzrə ixtisaslaşıb.

1996-cı ildən fotoqrafiya müəllimliyi ilə məşğuldur.

2019-cu ildən Bakı Fotoqrafiya Evinin kuratorudur.

2021-ci ildən Şəki rayonunun Kiş kəndində – özünün tikdirdiyi evdə yaşayır.

Ədəbiyyat

  1. About : [arx. 28 Sep 2020 - 19 Jun 2021] : [ing.] // Sanan. — Müraciət tarixi: 08.08.2022.

Video