Sərdar Babayev — fizika-riyaziyyat elmləri namizədi, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun aparıcı elmi işçisi.

Sərdar Babayev
Babayev Sərdar Səttar oğlu
Sərdar Babayev
Sərdar Babayev.
Doğum tarixi 3 noyabr 1945 (1945-11-03) (76 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
İş yeri Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutu (aparıcı elmi işçi)
Elmi dərəcəsi elmlər namizədi
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, fizika fakültəsi (1964–1970)

 • Azərbaycan SSR EA Fizika İnstitutu, aspirantura (1975–1978)

Haqqında məlumatlarRedaktə

3 noyabr 1945-ci il tarixdə Nuxada, qulluqçu ailəsində anadan olub.

TəhsiliRedaktə

1964-cü ildə Nuxa şəhər 3 №-li orta məktəbini bitirib.

1964 – 1970-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində,

1975 – 1978-ci illərdə Azərbaycan SSR EA Fizika İnstitutunun aspiranturasında təhsil alıb.

Elmi fəaliyyətiRedaktə

1981-ci ildə Azərbaycan SSR Fizika İnstitutunun Yarımkeçiricilər və dielektriklər fizikası elmi şurasında “A3B6 tipli yarımkeçirici kristalların rəqsi spektrlərinin xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

42-si xaricdə, 22-si beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda olmaqla çapdan çıxmış 86 elmi əsərin müəllifidir.

Əmək fəaliyyətiRedaktə

1970-ci ildə Azərbaycan SSR EA Fizika İnstitutunda baş laborant,

1984-cü ildən baş elmi işçi vəzifəsində,

1985 – 1986-cı illərdə Moskvada P.N.Lebedev adına SSRİ EA Fizika İnstitutunda işləyib.

1994 – 1996-cı illərdə isə AMEA Fizika İnstitutunun nümayəndəsi kimi Ankara Orta Doğu Texniki Universitetində Lazer Spektroskopiyası laboratoriyasının yaradılmasında çalışıb.

ƏdəbiyyatRedaktə

  1. Məmmədov Ə., Xalıqov F. Babayev Sərdar // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 53-54. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  2. Fizika İnstitutunun fəlsəfə doktorları : Babayev Sərdar Səttar oğlu : [arx. 23.10.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 23.10.2021.