Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Səyyarə Rəşidova

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 14:02, 9 iyun 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Səyyarə Rəşidova
Rəşidova Səyyarə İsmayıl qızı
Səyyarə Rəşidova
Səyyarə Rəşidova.
Doğum tarixi 1923(1923-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR
Vəfat tarixi 30 noyabr 1996 (73 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili

Nuxa Pedaqoji Texnikumu (–1941)

Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (1964–)

Səyyarə Rəşidova (1923–1996) — Böyük Vətən müharibəsi illərində və müharibədən sonrakı onilliklərdə Nuxada məsul vəzifələrdə çalışmış qadın kadr; Nuxa radio verilişləri müvəkkili, Nuxa rayon partiya komitəsində təbliğat-təşviqat şöbəsinin (rus.: организационно-инструкторский отдел) müdiri və s. vəzifələrdə işləmişdir. Daha sonra Bakıya köçmüş, Bakı şəhər sovetində, Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyində müxtəlif məsul vəzifələrdə çalışmışdır.

Haqqında məlumatlar

1923-cü ildə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1941-ci ildə Nuxa Pedaqoji Texnikumunu bitirib.

1964-cü ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub.

Əmək fəaliyyəti

1942 – 1945-ci illərdə Nuxa radio verilişləri müvəkkili vəzifəsində işləyib.

1950-ci ildə Nuxa rayon partiya komitəsində təbliğat-təşviqat şöbəsinin (rus.: организационно-инструкторский отдел) müdiri vəzifəsinə təyin olunub.

1956-cı ildə Nuxa şəhər partiya komitəsi bürosunun qərarı ilə Kirov adına artelə işə keçirilib.

1964-cü ildə Bakı şəhər sovetində instruktor vəzifəsinə təyin olunub.

1965 – 1969-cu illərdə Azərbaycan SSR Plan Komitəsi nəzdindəki İqtisadiyyat Elmi-Tədqiqat İnstitutunun əmək və həyat səviyyəsi şöbəsində iqtisadçı,

1969 – 1970-ci illərdə “Tərəvəz konservləri” (rus.: Консервплодовощ) baş idarəsinə baş iqtisadçı vəzifəsində işləyib.

1970 – 1971-ci illərdə “Sovxoztikinti” (rus.: Совхозстрой) ümumi tikinti trestində maliyyə şöbəsinin müdiri,

1971 – 1973-cü illərdə isə iqtisadi analiz laboratoriyasının müdiri olub.

1973 – 1990-cı illərdə müxtəlif müəsssisə və təşkilatlarda baş iqtisadçı vəzifəsində çaışıb.


.


Vəfatı

30 noyabr 1996-cı il tarixdə – 73 yaşında, Bakıda vəfat edib. Bakı şəhərində dəfn olunub.