Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Saat Əzizov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 00:52, 4 may 2022 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Saat Əzizov
Əzizov Saat Məcid oğlu
Saat Əzizov
Saat Əzizov.
Doğum tarixi 15 may 1929(1929-05-15)
Doğum yeri Böyük Dəhnə, Zaqatala-Şəki mahalı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 9 may 2000 (70 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Uşaqları Arifə, Gülarə, Məcid və Eldar.
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət universiteti, jurnalistika fakültəsi (1950–1955)

 • Bakı Ali Partiya Məktəbi (1971–1973)

Saat Əzizov (1929–2000) — sovet dövründə Şəkidə bir sıra məsul vəzifələrdə çalışmış şəxs. Müxtəlif illərdə Nuxa şəhər (rayon tabeliyində) sovetinin sədri, Nuxa şəhər (respublika tabeliyində) soveti sədrinin müavini də olub.

Haqqında məlumatlar

15 may 1929-cu ildə Zaqatala-Şəki mahalının Böyük Dəhnə kəndində anadan olub.

Təhsili

1946-cı ildə Böyük Dəhnə kənd orta məktəbini bitirib.

1946 – 1951-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində,

1971 – 1973-cü illərdə isə Bakı Ali Partiya Məktəbində təhsil alıb.

Əmək fəaliyyəti

1951 – 1957-ci illərdə “Nuxa fəhləsi” qəzetinin redaksiyasında fotoqraf, ədəbi işçi, şöbə müdiri,

1957-ci ildən Nuxa rayon komsomol komitəsinin birinci katibi,

1964 – 1965-ci illərdə Nuxa şəhər (rayon tabeliyində) sovetinin sədri,

1965-ci ildən Nuxa şəhər (respublika tabeliyində) soveti sədrinin müavini,

1972 – 1976-cı illərdə Şəki Rayon İstehlak Cəmiyyətinin sədri,

1976 – 1983-cü illərdə Şəki rayon mədəniyyət şöbəsində inspektor, Şəki şəhər mədəniyyət şöbəsinin direktor əvəzi,

1983 – 1998-ci illərdə Kənd Təsərrüfatı Peşə məktəbinin (məktəb əvvəl Şəki rayonunun Orjonikidze (indiki Turan) qəsəbəsində, sonra isə Cəfərabad kəndində yerləşmişdir) direktoru vəzifəsində çalışıb.

1998-ci ildən əmək təqaüdünə çıxıb.

İctimai-siyasi fəaliyyətri

Dəfələrlə və ardıcıl olaraq Nuxa/Şəki rayon və şəhər xalq deputatları sovetlərinin deputatı seçilib.

Vəfatı

9 may 2000-ci il tarixdə – 70 yaşında, Şəkidə vəfat edib.

Ailəsi

İki qız və iki oğul atasıdır.

Həmçinin, bax:

Nuxa Rayon Sovetinə seçilmiş deputatların siyahısı (1957-ci il)