Sabir Əfəndiyev (1933–2019) — filologiya elmləri namizədi, jurnalis, publisist, nasir.

Sabir Əfəndiyev
Əfəndiyev Sabir Məmmədtahir oğlu
Sabir Əfəndiyev
Sabir Əfəndiyev.
Doğum tarixi 10 mart 1933(1933-03-10)
Doğum yeri İlisu, Qax rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 19 aprel 2019 (86 yaşında)
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, jurnalistika fakültəsi (1950–1955)

Haqqında məlumatlarRedaktə

10 mart 1933-cü il tarixdə Qax rayonunun İlisu kəndində anadan olub.

TəhsiliRedaktə

İlisu kənd orta məktəbini bitirib.

1950 – 1955-ci illərdə Azərbaycan Dövlət Universitetində jurnalistika fakültəsində təhsil alıb.

Əmək fəaliyyətiRedaktə

1955 – 1957-cu illərdə “Nuxa fəhləsi” qəzetinin redaksiyasında ədəbi işçi,

1957 – 1959-cu illərdə şöbə müdiri,

1959 – 1963-cü illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Televiziya və Radio Verilişləri Komitəsinin Nuxa radio verilişləri redaksiyasının böyük redaktoru,

1963 – 1969-cu illərdə Azərbaycan KP Nuxa/Şəki şəhər partiya komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri,

1969 – 1972-ci illərdə Azərbaycan SSR Televiziya və Radio verilişləri Komitəsinin xüsusi müxbiri,

1972 – 1980-ci illərdə Azərbaycan SSR EA Fizika İnstitutunun nəzdində Şəki Zona Elmi Bazasının elmi katibi,

1980-cı ildən Azərbaycan SSR EA Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya sektorunda Sovet dövrü etnoqrafiya şöbəsində baş elmi işçi vəzifəsində çalışıb.

VəfatıRedaktə

19 aprel 2019-cu il tarixdə – 86 yaşında, Şəkidə vəfat edib.

ƏdəbiyyatRedaktə

  1. Mete Ə. Şəki qəzetləri və qəzetçiləri // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  606. — Səh.: 374-375. — 500 nüsx.
  2. Görkəmli şəxsiyyətlər : Sabir Əfəndiyev : [arx. 08.03.2022] // Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi. — 2015. — 23 fevral. — Müraciət tarixi: 08.03.2022.
  3. Orsər R. Sabir Əfəndiyev // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 325-327. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.