Sabit Rəhman (1910–1970) — Azərbaycan sovet yazıçısı, dramaturq və ssenaristi, Azərbaycan SSR əməkdar incəsənət xadimi, Azərbaycan sovet komediyasının banilərindən biri.

Sabit Rəhman
Mahmudov Sabit Kərim oğlu
Sabit Rəhman
Sabit Rəhman.
Doğum tarixi 26 mart 1910(1910-03-26)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfatı 23 sentyabr 1970 (60 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of Russia.svg Rusiya İmperiyasıFlag of the Soviet Union.svg SSRİ
Təhsili

Bakı Darülmüəllimi, ədəbiyyat fakültəsi (1923 – 1926)

V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu, ədəbiyyat fakültəsi (1929 – 1932)
Mükafatları "Qırmızı Əmək Bayrağı" ordeni
"Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
Commons-logo.svg Commonsda da Sabit Rəhman ilə əlaqəli mediafayllar var

Haqqında məlumatlarRedaktə

 
Poçt markası (2000).

26 mart 1910-cu il tarixdə Nuxada anadan olub.

TəhsiliRedaktə

1921-ci ildə Nuxa nümunə zəhmət məktəbini bitirmişdir

1923 – 1926-cı illərdə Bakı Darülmüəlliminin ədəbiyyat fakültəsində,

1929 – 1932-ci illərdə isə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutun ədəbiyyat fakültəsində,

1936 – 1937-ci illərdə - Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun ssenari kurslarında təhsil alıb.

Əmək fəaliyyətiRedaktə

1926 – 1929 Nuxada, vaxtilə özü oxuduğu ibtidai məktəbdə 3 il müəllim işləyib.

1929 – 1933-cü illərdə “Gənc işçi” qəzetinin redaksiyasında çalışıb.

1932 – 1933-cü illərdə “İnqilab və mədəniyyət” jurnalının məsul katibi olub.

1933 – 1934-cü illərdə - Nuxa MTS siyasi şöbəsində “Mübariz” qəzeti redaksiyasında işləyib.

1934 – 1936-cı illərdə Azərbaycan Dövlət Dram Teatrının ədəbi hissə müdiri,

1937 – 1938-ci illərdə Bakı Kinostudiyasında ssenari şöbəsinin müdiri olub.

1938-cı ildə Azərbaycan Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi işləyib.

1939 – 1940-cı illərdə C.Cabbarlı adına Teatr Muzeyində elmi işçi vəzifəsində çalışıb.

1941 – 1942-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin İncəsənət İşləri İdarəsində teatr şöbəsinin müdiri olub.

1942 – 1944-cü illərdə Azərbaycan Nazirlər Sovetinin İncəsənət İşləri İdarəsində rəis müavini vəzifəsində çalışıb.

1945 – 1946-cı illərdə Bakı Kinostudiyasının direktoru olub.

1945 – 1946-cı illərdə Azərbaycan SSR kinematoqrafiya nazirinin müavini vəzifəsində çalışıb.

1947 – 1951-ci illərdə Azərbaycan Yazıçılar İttifaqında dramaturgiya üzrə məsləhətçi və Teatr İnstitutunda müəllim işləyib.

Ədəbi yaradıcılığıRedaktə

1926-cı ildə “Molla Nəsrəddin” jurnalında “Şeyx Samit” imzası ilə dərc etdirdiyi “Rabfak kitabxanasında həyat lövhələri” felyetonu ilə ədəbi yaradıcılığa başlayıb.

1927-ci ildə Nuxada çıxan “Qızıl qələm” məcmuəsində ilk şeiri çap olunub.

1932-ci ildə “Pozğun” adlı ilk hekayələr kitabı nəşr edilib.

1938-ci ildə “Toy” adlı ilk komediyasını yazıb.

1939-cu ildə “Toy” komediyası Azərbaycan Dövlət Dram Teatrında tamaşaya qoyulub.

1945-сi ildə çəkilmiş “Arşın mal alan”, 1956-cı ildə çəkilmiş “O olmasın, bu olsun”, 1960-cı ildə çəkilmiş “Koroğlu”, 1963-cü ildə çəkilmiş “Əhməd haradadır?” filmlərinin ssenarilərinin, 1964-cu ildə çəkilmiş “Ulduz” filminin librettosunun müəllifi, 1952-ci ildə səhnəyə qoyulmuş “Yeddi gözəl” baletinin librettosunun həmmüəllifidir.

İctimai fəaliyyətiRedaktə

1935-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olub.

1935-ci ildə isə Azərbaycan Yazıçılar İttifaqında uşaq bölməsinin rəhbəri olub.

Təltif və mükafatlarıRedaktə

VəfatıRedaktə

23 sentyabr 1970-ci il tarixdə – 60 yaşında, Bakıda vəfat edib. Bakıda – Fəxri Xiyabanda dəfn olunub.

AiləsiRedaktə

FilmoqrafiyaRedaktə

  1. Arşın mal alan (film, 1945) - ssenari müəllifi.
  2. O olmasın, bu olsun (film, 1956) - ssenari müəllifi.
  3. Koroğlu (film, 1960) - ssenari müəllifi.
  4. Əhməd haradadır? (film, 1963) - ssenari müəllifi.
  5. Ulduz (film, 1964) - libretto müəllifi.
  6. Hicran (teatr tamaşası, 1983) - ssenari müəllifi.
  7. Şirin bülbül (film, 2000) - əsərin müəllifi.
  8. Gülüş fenomeni. Sabit Rəhman (film, 2014).

ƏdəbiyyatRedaktə

  • Sabit Rəhman // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1984. — VIII  cild. — Səhifələrin sayı:  608. — Səh.: 245. — 80.000 nüsx.
  • SABİT RƏHMAN – 100 (BİBLİOQRAFİYA) / M.F.AXUNDOV ADINA AZƏRBAYCAN MİLLİ KİTABXANASI. — AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ. — Bakı: M.F.Aхundоv adına Azərbaycan Milli Kitabхanasının mətbəəsi, 2010. — 150 nüsx. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 7 Oct 2010 - 29 Mar 2017.