Sadıq Sadıqov
Sadıq Sadıqov | |
---|---|
Sadıqov Sadıq Səməd oğlu | |
Sadıq Sadıqov. |
Sadıq Sadıqov (1926–2005) — sovet dövründə Azərbaycanda bank sektorunda rəhbər vəzifələr tutmuş şəxs, Azərbaycan SSR əməkdar iqtisadçısı.
Haqqında məlumatlar
1926-cı ildə Nuxada (indiki Şəki) ziyalı ailəsində anadan olub.
Təhsili
1933 – 1943-cü illərdə Nuxa şəhər 2 №-li orta məktəbində təhsil alıb.
1943 – 1952-ci illərdə K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) təhsil alıb.
Əmək fəaliyyəti
1952 – 1975-ci illərdə Azərbaycan SSR Dövlət Bankında işləyib; o cümlədən,
1952-ci ildən iqtisadçı,
1957 – 1961-ci illərdə Bakı şəhər idarəsinin rəisi,
1961 – 1975-ci illərdə Azərbaycan SSR Dövlət Bankının direktor müavini vəzifəsində çalışıb.
1975 – 1986-cı illərdə isə Azərbaycan SSR Sənaye-Tikinti Bankının (indiki Kapital Bank) idarə heyətinin sədri olub.
Təltif və mükafatları
- “Şərəf Nişanı” ordeni;
- “Qırmızı Əmək Bayrağı” ordeni (SSRİ);
- “Şərəf Nişanı” ordeni;
- “Azərbaycan SSR əməkdar iqtisadçısı” fəxri adı (1982).
Vəfatı
18 mart 2005-ci il tarixdə – 79 yaşında, Bakıda vəfat edib. Bakıda Yasamal qəbiristanlığı dəfn olunub.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. . . // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 335–336. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
.