Sadıq Sadıqov
Sadıq Sadıqov | |
---|---|
Sadıqov Sadıq Səməd oğlu | |
![]() | |
Sadıq Sadıqov. | |
Doğum tarixi | 1926 |
Doğum yeri |
Nuxa (indiki Şəki), ![]() ![]() ![]() |
Vəfat tarixi | 18 mart 2005 (79 yaşında) |
Vəfat yeri |
Bakı, ![]() |
Dəfn yeri |
Yasamal qəbiristanlığı, Bakı, ![]() |
Uşaqları | Arif və Mətanət |
Vətəndaşlıq |
![]() ![]() |
Mükafatları |
![]() ![]() ![]() ![]() |
Sadıq Sadıqov (1926–2005) — sovet dövründə Azərbaycanda bank sektorunda rəhbər vəzifələr tutmuş şəxs, Azərbaycan SSR əməkdar iqtisadçısı.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
1926-cı ildə Nuxada (indiki Şəki) ziyalı ailəsində anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1933 – 1943-cü illərdə Nuxa şəhər 2 №-li orta məktəbində təhsil alıb.
1943 – 1952-ci illərdə K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) təhsil alıb.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1952 – 1975-ci illərdə Azərbaycan SSR Dövlət Bankında işləyib; o cümlədən,
1952-ci ildən iqtisadçı,
1957 – 1961-ci illərdə Bakı şəhər idarəsinin rəisi,
1961 – 1975-ci illərdə Azərbaycan SSR Dövlət Bankının direktor müavini vəzifəsində çalışıb.
1975 – 1986-cı illərdə isə Azərbaycan SSR Sənaye-Tikinti Bankının (indiki Kapital Bank) idarə heyətinin sədri olub.
Təltif və mükafatları[redaktə | HTML redaktə]
- “Şərəf Nişanı” ordeni;
- “Qırmızı Əmək Bayrağı” ordeni (SSRİ);
- “Şərəf Nişanı” ordeni;
- “Azərbaycan SSR əməkdar iqtisadçısı” fəxri adı (1982).
Vəfatı[redaktə | HTML redaktə]
18 mart 2005-ci il tarixdə – 79 yaşında, Bakıda vəfat edib. Bakıda Yasamal qəbiristanlığı dəfn olunub.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. Sadıqov Sadıq // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 335–336. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
© 2019 – 2023 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- S
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış görkəmli şəxslər
- 1926-cı ildə doğulanlar
- 18 martda vəfat edənlər
- Martda vəfat edənlər
- 2005-ci ildə vəfat edənlər
- Azərbaycan SSR əməkdar iqtisadçıları
- "Şərəf Nişanı" ordeni laureatları
- "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ) laureatları
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə