Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Sahib Əhmədov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 15:50, 4 iyun 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Sahib Əhmədov
Əhmədov Sahib Oktay oğlu
Sahib Əhmədov
Sahib Əhmədov, 2017-ci il
Doğum tarixi 16 oktyabr 1988 (1988-10-16) (35 yaş)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili Azərbaycan Dövlət rəssamlıq Akademiyası, qrafika fakültəsi (2009 − 2013)

Sahib Əhmədov (Əhmədov Sahib Oktay oğlu; d.  16 oktyabr 1988-ci il, Şəki, Azərbaycan SSR, SSRİ ) – ali təhsilli qrafist-rəssam, Şəki Dövlət Dram Teatrının quruluşçu rəssamı (2018-ci ildən).

Haqında məlumatlar

1988-ci ildə Şəkidə anadan olub.

1995 − 2006-cı illərdə Şəkidəki 5 saylı məktəbində oxuyub.

1996 − 2001-ci illərdə Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin rəssamlıq şöbəsində rəssamlığın sirlərini öyrənib.

2009 − 2013-cü illərdə Azərbaycan Dövlət rəssamlıq Akademiyasının qrafika fakültəsində təhsil alıb.

2013 − 2014-cü illərdə hərbi xidmət borcunu yerinə yetirib; il yarım Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrində xidmət edib.

2016-cı ildən “Məram Gənclik İnkişaf” kursunun rəsm müəllimi,

2018-ci ildən Şəki Dövlət Dram Teatrının quruluşçu rəssamıdır.

Mükafatları

  • 1999-cu ildə Şəki Dövlət Rəsm Qalereyasında “İlaxır99” və “Yurdumuza bahar gəlir” rəsm sərgilərində III dərəcəli diplomla mükafatlanıb.
  • 2003-cü ildə Şəki Şəhər Təhsil Şöbəsinin təşkil etdiyi rəsm sərgisində də fəxri fərmanla mükafatlanıb.

Yaradıcılığından nümunələr

Şablon:Yaxşı məqalə