Sahib Əhmədov — qrafist-rəssam, Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının quruluşçu rəssamı.

Sahib Əhmədov
Əhmədov Sahib Oktay oğlu
Sahib Əhmədov
Sahib Əhmədov, 2017-ci il.
Doğum tarixi 16 oktyabr 1988 (1988-10-16) (35 yaş)
Doğum yeri Şəki, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ Azərbaycan
Təhsili Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, qrafika fakültəsi (2009−2013)
facebook səhifəsi

Haqında məlumatlar Redaktə

16 oktyabr 1988-ci il taqrixdə Şəkidə anadan olub.

Təhsili Redaktə

1995 − 2006-cı illərdə Şəki şəhər 5 saylı tam orta məktəbində oxuyub.

1996 − 2001-ci illərdə Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin rəssamlıq şöbəsində rəssamlığın sirlərini öyrənib.

2009 − 2013-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının qrafika fakültəsində təhsil alıb.

Hərbi xidmətdə Redaktə

2013 − 2014-cü illərdə hərbi xidmət borcunu yerinə yetirib, il yarım Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrində xidmət edib.

Əmək fəaliyyəti Redaktə

2016-cı ildən “Məram Gənclik İnkişaf” kursunda rəsm müəllimi,

2018-ci ildən Şəki Dövlət Dram Teatrında quruluşçu rəssam işləyir.

Təltif və mükafatları Redaktə

  • 1999-cu ildə Şəki Dövlət Rəsm Qalereyasında “İlaxır99” və “Yurdumuza bahar gəlir” rəsm sərgilərində III dərəcəli diplomla mükafatlanıb.
  • 2003-cü ildə Şəki Şəhər Təhsil Şöbəsinin təşkil etdiyi rəsm sərgisində də fəxri fərmanla mükafatlanıb.

Yaradıcılığından nümunələr Redaktə