Sakit Məmmədov
Sakit Məmmədov — şair və ədəbiyyatşünas, 2 şeir kitabının, 2 antologiyanın müəllifi, 10-a yaxın kitabın redaktoru.
Sakit Məmmədov | |
---|---|
Məmmədov Sakit Vəlyəddin oğlu | |
Sakit Məmmədov. | |
Təxəllüsü | Sakit Şəkili |
Doğum tarixi | 21 may 1958 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Atası | Məmmədov Vəlyəddin Yunus oğlu |
Anası | Zəkəryəyeva Müsavət Şəfaət qızı |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Təhsili | Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu (1975–1979) |
facebook səhifəsi |
Haqqında məlumatlar
21 may 1958-ci il tarixdə Nuxada (indiki Şəki), pedaqoqlar ailəsində anadan olub.
Valideynləri
Atası Məmmədov Vəlyəddin Yunus oğlu riyaziyyat müəllimi, anası Zəkəryəyeva Müsavət Şəfaət qızı isə ibtidai sinif müəllimi olub.
Təhsili
1965 – 1975-ci illərdə M.Qorki adına Nuxa/Şəki şəhər 10 №-orta məktəbində,
1975 – 1979-cu illərdə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunda təhsil alıb.
Hərbi xidmət
1979 – 1981-ci illərdə həqiqi hərbi xidmətdə olub.
Əmək fəaliyyəti
1981 – 2003-cü illərdə müxtəlif müəssisələrdə, müxtəlif vəzifələrdə çalışıb.
2018-ci ildən təhsil nazirliyində işləyir.
Ədəbi yaradıcılığı
Hələ uşaq yaşlarından şeirə maraq göstərib. Şəki radiosunda dəfələrlə şeir deyib.
2019 – 2020-ci illərdə “XX – XXI əsr, ədalətli iş və düzgün söz” qəzetinin şeirlər şöbəsinin müdiri olub.
Kitabları
- Bir sevgi ağlayır qonşu çəpərdən. - Bakı : Ləman, 2019 . - 207 s.
- Pəncərəmə yağış yağır. - Bakı : Ləman, 2020 . - 195 s.
- Hər çiçəkdən bir ləçək (2019).
- Qarabağ bizimdir (2020).
Təltif və mükafatları
- Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının “İlin vətənpərvər şairi” media mükafatı (2019).
Ailəsi
Ailəlidir, bir oğlu, 2 qızı var.
Ədəbiyyat
- Şairlər mükafatlandırıldı : [arx. 30 Nov 2019 - 4 Oct 2021] // Arasdirma.info. — 2019. — 20 noyabr. — Müraciət tarixi: 19.05.2022.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |