Sakit Məmmədov — şair və ədəbiyyatşünas, 2 şeir kitabının, 2 antologiyanın müəllifi, 10-a yaxın kitabın redaktoru.

Sakit Məmmədov
Məmmədov Sakit Vəlyəddin oğlu
Sakit Məmmədov
Sakit Məmmədov.
Təxəllüsü Sakit Şəkili
Doğum tarixi 21 may 1958 (1958-05-21) (65 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Atası Məmmədov Vəlyəddin Yunus oğlu
Anası Zəkəryəyeva Müsavət Şəfaət qızı
Vətəndaşlığı SSRİ Azərbaycan
Təhsili Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu (1975–1979)
facebook səhifəsi

Haqqında məlumatlar Redaktə

21 may 1958-ci il tarixdə Nuxada (indiki Şəki), pedaqoqlar ailəsində anadan olub.

Valideynləri Redaktə

Atası Məmmədov Vəlyəddin Yunus oğlu riyaziyyat müəllimi, anası Zəkəryəyeva Müsavət Şəfaət qızı isə ibtidai sinif müəllimi olub.

Təhsili Redaktə

1965 – 1975-ci illərdə M.Qorki adına Nuxa/Şəki şəhər 10 №-orta məktəbində,

1975 – 1979-cu illərdə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunda təhsil alıb.

Hərbi xidmət Redaktə

1979 – 1981-ci illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyəti Redaktə

1981 – 2003-cü illərdə müxtəlif müəssisələrdə, müxtəlif vəzifələrdə çalışıb.

2018-ci ildən təhsil nazirliyində işləyir.

Ədəbi yaradıcılığı Redaktə

Hələ uşaq yaşlarından şeirə maraq göstərib. Şəki radiosunda dəfələrlə şeir deyib.

2019 – 2020-ci illərdə “XX – XXI əsr, ədalətli iş və düzgün söz” qəzetinin şeirlər şöbəsinin müdiri olub.

Kitabları Redaktə

  • Bir sevgi ağlayır qonşu çəpərdən. - Bakı : Ləman, 2019 . - 207 s.
  • Pəncərəmə yağış yağır. - Bakı : Ləman, 2020 . - 195 s.
  • Hər çiçəkdən bir ləçək (2019).
  • Qarabağ bizimdir (2020).

Təltif və mükafatları Redaktə

  • Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının “İlin vətənpərvər şairi” media mükafatı (2019).

Ailəsi Redaktə

Ailəlidir, bir oğlu, 2 qızı var.

Ədəbiyyat Redaktə

  1. Şairlər mükafatlandırıldı : [arx. 30 Nov 2019 - 4 Oct 2021] // Arasdirma.info. — 2019. — 20 noyabr. — Müraciət tarixi: 19.05.2022.