Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Salis Məmmədov

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 23:16, 26 iyun 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Salis Məmmədov
Salis Məmmədsani oğlu Məmmədov
Salis Məmmədov
Salis Məmmədov
Doğum tarixi 1 iyul 1932(1932-07-01)
Doğum yeri Flag of the Soviet Union.svg SSRİ
Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Nuxa (Şəki)
Vəfat tarixi 29 yanvar 2009 (76 yaşında)
Vəfat yeri Flag of Azerbaijan.svg Azərbaycan Şəki
Uşaqları Vəfa Məmmədova,
Aydın Məmmədov
Atası Məmmədsani
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Peşəsi jurnalist
Milliyyəti azərbaycanlı
İxtisası Jurnalistika
Təhsili BDU
Mükafatları "Tərəqqi" medalı
"Şərəf Nişanı" ordeni Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı

Salis Məmmədov (tam adı Məmmədov Salis Məmmədsani oğlu; d. 1 iyul 1932, Nuxa (indiki Şəki şəhəri) – ö. 29 yanvar 2009, Şəki) — "Şəkinin səsi""İpəkçi" qəzetlərinin həmtəsisçisi və baş redaktoru, Azərbaycan Respublikasının əməkdar jurnalisti (23.10.1991).

Həyatı

Salis Məmmədov 1 iyul 1932-ci ildə Nuxa (indiki Şəki) şəhərində anadan olmuşdur. 1948-ci ildə Nuxa radio məlumatları redaksiyasında məlumatçı kimi əmək fəaliyyətinə başlamış və 1951-ci ilə - Nuxa radio verilişləri redaksiyası ləğv edilənədək orada işləmişdir.

1952-ci ildən "Nuxa fəhləsi" qəzeti redaksiyasında, 1962-ci ildən isə Nuxa rayonlararası "Lenin bayrağı" qəzetində ədəbi işçi olmuşdur. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin qiyabi şöbəsinə daxil olmuş, 1965-ci ildə oranı bitirmişdir. Tələbəlik illərində onun vasitəçiliyi ilə Bəxtiyar Vahabzadənin "Gülüstan" poeması "Nuxa fəhləsi" qəzetində nəşr edilmişdir[1].

1965-ci ilin aprelində Nuxa şəhər partiya komitəsi bürosunun qərarı ilə Nuxa İpək Kombinatının "İpəkçi" qəzetinə redaktor təyin edilmiş və 2009-cu ilin yanvar ayına qədər - 44 il bu qəzetin redaktoru olmuşdur. 1990-cı ilin dekabrında "İpəkçi"nin ənənəvi təsisçilərindən[2] imtina etmiş və bu qəzeti "Şəki İpəkçilərinin Açıq Tribunası" elan edərək, qəzetin başlığı üstündəki V.İ.Lenin tərəfindən deyilmiş və Sovet mətbuatının atributu olan "Bütün ölkələrin proletarları birləşin!" şüarını yığışdırmışdır. Bu, həmin vaxta qədər Azərbaycanda analoqu olmayan, SSRİ-də isə yalnız nadir təsadüf edilən hadisə idi.

Salis Məmmədov Azərbaycan Jurnalistlər İttifaqının orqanı olan "Müxbir" bülleteninin redaksiya heyətinin üzvü idi. O, 1993-cü ildə oğlu Aydın Məmmədovla birlikdə ilk müstəqil region qəzeti olan "Şəkinin səsi"ni təsis etmiş və vəfatına qədər həmin qəzetin baş redaktoru olmuşdur.

Salis Məmmədov 29 yanvar 2009-cu il tarixində uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.

Əməyinin qiymətləndirilməsi

SSRİ-nin "Şərəf Nişanı" ordeni, "Leninin yubiley" medalı, Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl Qələm" mükafatı, 21 iyul 2005-ci ildə Azərbaycan Respublikasının "Tərəqqi" medalı[3] ilə təltif edilmişdir. 1993 və 1994-cü illərdə redaktoru olduğu "İpəkçi" qəzeti 60 illik yubileyi münasibəti ilə prezident Heydər Əliyev tərəfindən 2 təbrik məktubu almışdır[4].

23 oktyabr 1991-ci ildə "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adına layiq görülmüşdür[5].

İstinadlar

Xarici keçidlər

Həmçinin bax