Seymur Qasımzadə — tanınmış vokal ifaçısı və Şəki şəhərində fəaliyyət göstərən “Foto Seymur” studiyasının sahibi.

Seymur Qasımzadə
Qasımzadə Seymur Allahyar oğlu
Seymur Qasımzadə
Seymur Qasımzadə.
Şəxsi məlumatlar
Doğum tarixi 12 fevral 1962 (1962-02-12) (62 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ Azərbaycan
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, tətbiqi riyaziyyat fakültəsi (1979–1984)
facebook səhifəsi

Haqqında məlumatlar Redaktə

12 fevral 1962-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili Redaktə

1969 – 1979-cu illərdə Şəki şəhər 8 №-li rus orta məktəbində,

1979 – 1984-cü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti Redaktə

1984-cü ildən təyinat üzrə “HORD” Elmi-Tədqiqat İnstitutunda riyaziyyatçı-proqramçı,

1992 – 1994-cü illərdə Şəki şəhər fizika və riyaziyyat təmayüllü liseyində informatika müəllimi,

1993 – 2006-cı illərdə isə Şəki seysmoloji rəsədxanasında mühəndis vəzifəsində çalışıb.

1996-cı ildə Şəki şəhərində “Foto Seymur” adı fotostudiya açıb və sahibkarlıq fəaliyyəti ilə də məşğul olmağa başlayıb.

Musiqi fəaliyyəti Redaktə

2000 – 2001-ci illərdə “Zirvə” ansamblının üzvü olub.

Qastrollarda Redaktə

1996-cı ildə Türkiyənin Bursa şəhərində keçirilmiş Beynəlxalq Mahnı və Rəqs festivalında, müxtəlif illərdə keçirilmiş “İpək yolu” beynəlxalq musiqi festivallarında,

2015-ci ildə Bakıda keçirilən Şəki günlərində vokal ifa etmək bacarığını nümayiş etdirib.

Təltif və mükafatları Redaktə

2007-ci ilin yekunlarına görə Şəki şəhər İcra Hakimiyyətinin “İlin paparatsisi” diplomu ilə təltif edilib.

Ailəsi Redaktə

Evlidir. 2 övladı var.

Ədəbiyyat Redaktə

  1. Heydər Əliyevin siyasi fəaliyyəti Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı // “Babadağ” qəzeti : qəzet. — Bakı: Azərbaycan, ≈2002. — № 46–47 (52–53). — Səh. 15.
  2. Təhmirazqızı S. Seymur Qasımzadə // Şəkidə ifaçılıq sənəti. — Bakı: Nərgiz, 2016. — Səhifələrin sayı:  224. — Səh.: 204. — 300 nüsx.
  3. Jurnalın qonağı : Şəki — doğma diyar : [arx. 18.02.2022] // Azərbaycan dünyası. — 2009. — 11 avqust. — Müraciət tarixi: 18.02.2022.

Aidiolar Redaktə

Videolar və video-çarxlar Redaktə