Soltan Əzizov
Soltan Əzizov (1920–2009) — Azərbaycan sovet partiya və dövlət xadimi. Müxtəlif illərdə Nuxa şəhər, Ağdam və Sabirabad rayon partiya komitələrinin birinci katibi, Azərbaycan SSR Meyvə, Tərəvəz, Çay, Subtropik Bitkilər üzrə Dövlət Komitəsinin sədri, Azərbaycan SSR sovxozlar naziri və Azərbaycan SSR tədarük naziri vəzifəsində çalışıb.
Soltan Əzizov | |||||||
---|---|---|---|---|---|---|---|
Əzizov Soltan Hümmət oğlu | |||||||
Soltan Əzizov. | |||||||
|
|||||||
|
|||||||
|
|||||||
Sələfi | Hümbət Mustafayev | ||||||
Xələfi | Tapdıq Mustafayev | ||||||
|
|||||||
Sələfi | Hüseynqulu Tağızadə | ||||||
Xələfi | Fərrux İsmayılov | ||||||
Doğum tarixi | 18 dekabr 1920 | ||||||
Doğum yeri | Qışlaq kəndi, Nuxa (indiki Şəki), Nuxa qəzası, Azərbaycan SSR | ||||||
Vəfat tarixi | 17 yanvar 2009 (88 yaşında) | ||||||
Vəfat yeri | Bakı, Azərbaycan | ||||||
Təhsili |
• Nuxa Kənd Təsərrüfatı texnikumunu • Sovet ordusunda siyasi rəhbər kursu (1942) • Sov.İKP MK yanında Ali Partiya Məktəbi (Moskva, 1953–1956) |
||||||
Təltifləri |
Haqqında məlumatlar
18 dekabr 1920-ci il tarixdə Nuxa (indiki Şəki) şəhərinin Qışlaq kəndində anadan olub.
Təhsili
Nuxa Kənd Təsərrüfatı texnikumunu,
1942-ci ildə sovet ordusunda siyasi rəhbər kursunu bitirib.
1953 – 1956-cı illərdə Moskvada – Sov.İKP MK yanında Ali Partiya Məktəbində təhsil alıb.
Hərbi xidmətdə
1939 – 1946-cı illərdə sovet ordusunda hərbi xidmət edib. 1942-ci ildən 848 №-li alayın siyasi rəhbəri olub; Brest, Kursk, Oryol, Berlin və s. şəhərlər uğrunda döyüşlərdə iştirak edib, 6 orden və medallarla təltif olunub.
Əmək fəaliyyəti
1939-cu ilədək Nuxa rayonunun Böyük Dəhnə kəndindəki kolxozda Maşın-Traktor Stansiyasında sahə aqronomu işləyib.
1946 – 1952-cü illərdə Azərbaycan KP Nuxa şəhər partiya komitəsində əvvəl hərbi şöbənin, sonra isə kənd təsərrüfatı şöbəsinin müdiri,
1952 – 1953-cü illərdə isə birinci katib vəzifəsində çalışıb.
1956 – 1958-ci illərdə Azərbaycan KP MK-da birinci katibin köməkçisi,
1958 – 1959-cu illərdə isə şöbə müdiri olub.
1959 – 1962-ci illərdə Azərbaycan KP Ağdam rayon partiya komitəsinin,
1962 – 1966-ci illərdə isə Azərbaycan KP Sabirabad rayon partiya komitəsinin birinci katibi vəzifəsində işləyib.
1966 – 1982-ci illərdə əvvəl Azərbaycan SSR Meyvə, Tərəvəz, Çay, Subtropik Bitkilər üzrə Dövlət Komitəsinin sədri, sonra isə Azərbaycan SSR sovxozlar naziri və Azərbaycan SSR tədarük naziri olub.
İctimai-siyasi fəaliyyəti
Bir neçə dəfə Azərbaycan SSR Ali Sovetinə deputat və Azərbaycan KP MK-ə üzv seçilib.
Təqaüdə çıxdıqdan sonra Azərbaycan Ağsaqqallar Şurasının üzvü və “Qayğı” cəmiyyəti sədrinin birinci müavini olub.
Təltif və mükafatları
- “Qırmızı Ulduz” ordeni, 2 dəfə.
- II dərəcəli “Vətən Müharibəsi” ordeni.
- I dərəcəli “Vətən Müharibəsi” ordeni.
- “Lenin” ordeni.
- “Qırmızı Əmək Bayrağı” ordeni, 3 dəfə.
- “Şərəf Nişanı” ordeni.
- Medallar.
- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı.
Vəfatı
17 yanvar 2009-cu il tarixdə – 88 yaşında, uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib.
Xatirəsi
Şəkidə bir küçəyə adı verilib.
2015-ci ildə 95 illik yubileyi Şəki şəhər İH-nin akt zalında təntənə ilə qeyd olunub.
Ədəbiyyat
- Mete Ə. Soltan Əzizov // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 402-403. — 500 nüsx.
- Əzizovlar // Şəkidə məhəllə adları, soyadlar və ləğəblər / Zəkəriyyə Əlizadə, Ulduz Mürşüdova və Kamil Adışirinov. — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Nafta–Press, 2009. — 2 kitab. — II kitab. — Səhifələrin sayı: 605. — Səh.: 387-393. — 500 nüsx. — ISBN 5-8066-1708-4.
- Əhmədov V. Görkəmli ictimaiyyətçi və qayğıkeş insan Soltan Əzizov (azərb.) // Azərbaycan veteranı : qəzet. — Bakı, 4 oktyabr 2019. — № 17 (135). — Səh. 7.
- "Şəkidə tanınmış dövlət xadimi Soltan Əzizovun 95 illiyi qeyd olunub". https://azertag.az/ (azərb.). AZƏRTAC. 11.06.2015.
Həmçinin, bax:
Azərbaycan KP Şəki şəhər partiya komitəsinin birinci katibləri.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |