Soltan Əzizov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Soltan Əzizov
Əzizov Soltan Hümmət oğlu
Soltan Əzizov
Soltan Əzizov.
bayraqAzərbaycan SSR Meyvə, Tərəvəz, Çay, Subtropik Bitkilər üzrə Dövlət Komitəsinin sədri, Azərbaycan SSR sovxozlar naziri və Azərbaycan SSR tədarük naziribayraq
1966 — 1982
bayraqAzərbaycan KP Sabirabad rayon komitəsinin birinci katibibayraq
1962 — 1966
bayraqAzərbaycan KP Ağdam rayon komitəsinin birinci katibibayraq
1959 — 1962
Sələfi Hümbət Mustafayev
Xələfi Tapdıq Mustafayev
bayraqAzərbaycan KP Nuxa şəhər komitəsinin birinci katibibayraq
1952 — 1953
Sələfi Hüseynqulu Tağızadə
Xələfi Fərrux İsmayılov
Şəxsi məlumatlar
Doğum tarixi 18 dekabr 1920(1920-12-18)
Doğum yeri Qışlaq kəndi, Nuxa (indiki Şəki), Nuxa qəzası, Azərbaycan SSR
Vəfat tarixi 17 yanvar 2009 (88 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Təhsili

 • Nuxa Kənd Təsərrüfatı texnikumunu

 • Sovet ordusunda siyasi rəhbər kursu (1942)

 • Sov.İKP MK yanında Ali Partiya Məktəbi (Moskva, 1953–1956)
Təltifləri "Qırmızı Ulduz" ordeni"Qırmızı Ulduz" ordeniI dərəcəli "Vətən Müharibəsi" ordeniII dərəcəli "Vətən Müharibəsi" ordeniLenin ordeni"Qırmızı Əmək Bayrağı" ordeni"Qırmızı Əmək Bayrağı" ordeni"Qırmızı Əmək Bayrağı" ordeni "Şərəf Nişanı" ordeni

Soltan Əzizov (1920–2009) — Azərbaycan sovet partiya və dövlət xadimi. Müxtəlif illərdə Nuxa şəhər, Ağdam və Sabirabad rayon partiya komitələrinin birinci katibi, Azərbaycan SSR Meyvə, Tərəvəz, Çay, Subtropik Bitkilər üzrə Dövlət Komitəsinin sədri, Azərbaycan SSR sovxozlar naziri və Azərbaycan SSR tədarük naziri vəzifəsində çalışıb.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

18 dekabr 1920-ci il tarixdə Nuxa (indiki Şəki) şəhərinin Qışlaq kəndində anadan olub.

Təhsili[Vizual redaktə | HTML redaktə]

Nuxa Kənd Təsərrüfatı texnikumunu,

1942-ci ildə sovet ordusunda siyasi rəhbər kursunu bitirib.

1953 – 1956-cı illərdə Moskvada – Sov.İKP MK yanında Ali Partiya Məktəbində təhsil alıb.

Hərbi xidmətdə[Vizual redaktə | HTML redaktə]

1939 – 1946-cı illərdə sovet ordusunda hərbi xidmət edib. 1942-ci ildən 848 №-li alayın siyasi rəhbəri olub; Brest, Kursk, Oryol, Berlin və s. şəhərlər uğrunda döyüşlərdə iştirak edib, 6 orden və medallarla təltif olunub.

Əmək fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1939-cu ilədək Nuxa rayonunun Böyük Dəhnə kəndindəki kolxozda Maşın-Traktor Stansiyasında sahə aqronomu işləyib.

1946 – 1952-cü illərdə Azərbaycan KP Nuxa şəhər partiya komitəsində əvvəl hərbi şöbənin, sonra isə kənd təsərrüfatı şöbəsinin müdiri,

1952 – 1953-cü illərdə isə birinci katib vəzifəsində çalışıb.

1956 – 1958-ci illərdə Azərbaycan KP MK-da birinci katibin köməkçisi,

1958 – 1959-cu illərdə isə şöbə müdiri olub.

1959 – 1962-ci illərdə Azərbaycan KP Ağdam rayon partiya komitəsinin,

1962 – 1966-ci illərdə isə Azərbaycan KP Sabirabad rayon partiya komitəsinin birinci katibi vəzifəsində işləyib.

1966 – 1982-ci illərdə əvvəl Azərbaycan SSR Meyvə, Tərəvəz, Çay, Subtropik Bitkilər üzrə Dövlət Komitəsinin sədri, sonra isə Azərbaycan SSR sovxozlar naziri və Azərbaycan SSR tədarük naziri olub.

İctimai-siyasi fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

Bir neçə dəfə Azərbaycan SSR Ali Sovetinə deputat və Azərbaycan KP MK-ə üzv seçilib.

Təqaüdə çıxdıqdan sonra Azərbaycan Ağsaqqallar Şurasının üzvü və “Qayğı” cəmiyyəti sədrinin birinci müavini olub.

Təltif və mükafatları[Vizual redaktə | HTML redaktə]

Vəfatı[Vizual redaktə | HTML redaktə]

17 yanvar 2009-cu il tarixdə – 88 yaşında, uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib.

Xatirəsi[Vizual redaktə | HTML redaktə]

Şəkidə bir küçəyə adı verilib.

2015-ci ildə 95 illik yubileyi Şəki şəhər İH-nin akt zalında təntənə ilə qeyd olunub.

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. Mete Ə. Soltan Əzizov // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 402-403. — 500 nüsx.
  2. Əzizovlar // Şəkidə məhəllə adları, soyadlar və ləğəblər / Zəkəriyyə Əlizadə, Ulduz MürşüdovaKamil Adışirinov. — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Nafta–Press, 2009. — 2 kitab. — II  kitab. — Səhifələrin sayı:  605. — Səh.: 387-393. — 500 nüsx. — ISBN 5-8066-1708-4.
  3. Əhmədov V. Görkəmli ictimaiyyətçi və qayğıkeş insan Soltan Əzizov (azərb.) // Azərbaycan veteranı : qəzet. — Bakı, 4 oktyabr 2019. — № 17 (135). — Səh. 7.
  4. "Şəkidə tanınmış dövlət xadimi Soltan Əzizovun 95 illiyi qeyd olunub". https://azertag.az/ (azərb.). AZƏRTAC. 11.06.2015.

Həmçinin, bax:[Vizual redaktə | HTML redaktə]

Azərbaycan KP Şəki şəhər partiya komitəsinin birinci katibləri.