Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Soltan Abdullayev

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 02:22, 20 iyun 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Soltan Abdullayev
Abdullayev Soltan Məmməd oğlu
Soltan Abdullayev
Soltan Abdullayev, 1980-cı il.
Doğum tarixi 15 fevral 1930(1930-02-15)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 20 iyun 2002 (72 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Həyat yoldaşı Binyət Abdullayeva
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

Nuxa Kənd Təsərrüfatı Texnikumu (1946–1949)

S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (Kirovabad, 1950–1955)

Bakı Ali Partiya Məktəbi(az) (1963 – 1965)
Mükafatları "Əmək veteranı" medalı

Soltan Abdullayev (1930–2002) — sovet dövründə Şəkidə partiya və dövlət orqanlarında, həmkarlar təşkilatında və bir sıra təsərrüfat idarələrində məsul vəzifələr tutmuş rəhbər kadr və kənd təssərrüfatı üzrə tanınmış mütəxəssis.

Haqqında məlumatlar

15 fevral 1930-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1946-cı ildə Nuxa şəhər 12 №-li orta məktəbini bitirib.

1946 – 1949-cu illərdə Nuxa Kənd Təsərrüfatı Texnikumunda,

1950 – 1955-ci illərdə S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (Kirovabad) təhsil alıb.

1963 – 1965-ci illərdə isə Bakı Ali Partiya Məktəbinin(az) dinləyicisi olub.

Əmək fəaliyyəti

1949-cu ildə Nuxa rayonunun Bideyiz kəndində – Nizami adına kolxozda, aqronom,

1955 – 1963-cü illərdə S.M.Kirov adına Qışlaq kolxozunda Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin toxumçu aqronomu, baş aqronom, Daşüz camışçılıq sovxozunda baş aqronom, rayon aqrokimya laboratoriyasının müdiri, Nuxa və Vartaşen rayon Kolxoz-sovxoz Məhəlli İstehsalat İdarəsində baş aqronom və təşkilatçı müfəttiş, Nuxa Şəhər Partiya Komitəsində təlimatçı,

1965 – 1968-ci illərdə Nuxa/Şəki Şəhər Partiya Komitəsində kənd təsərrüfatı şöbəsinin müdiri,

1968 – 1970-ci illərdə Şəki rayon XDS İcraiyyə Komitəsi sədrinin müavini,

1970 – 1973-cü illərdə Azərbaycan KP Şəki Şəhər Komitəsinin katibi,

1974 – 1976-cı illərdə Şəki Şəhər Həmkarlar İttifaqları Şurasının sədri,

1976 – 1985-ci illərdə Şəki rayon XDS İcraiyyə Komitəsində təşkilat şöbəsinin müdiri,

1985 – 1992-ci illərdə Şəki rayon Bitki Mühafizəsi Stansiyasının rəisi,

1992-ci ildən Şəki İpəkçilik İdarəsində aqronom vəzifəsində işləyib.

İctimai fəaliyyəti

  • 1958-ci ildə Moskva şəhərində SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin iştirakçısı olub.
  • Müxtəlif illərdə Nuxa/Şəki və Vartaşen rayon sovetlərinin deputatı seçilib.
  • 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü və vəfatına qədər keçirilən YAP Şəki təşkilatının bütün konfranslarının nümayəndəsi olub.

Mükafatları

  • ÜİLKGİ MK-nın, Azərbaycan LKGİ MK-nın, Azərbaycan Həmkarlar ittifaqları Mərkəzi Şurasının, Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan KP Şəki Şəhər Komitəsinin fəxri fərmanları;
  • “Sosializm yarışının qalibi” döş nişanı;
  • “Əmək veteranı” medalı.

Vəfatı

20 iyun 2002-ci il tarixdə – 72 yaşında, Şəkidə vəfat edib.

Ailəsi

Şablon:Yaxşı məqalə