Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Səttar Ələsgərli

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 21:05, 15 iyun 2022 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Səttar Ələsgərli
Ələsgərli Səttar Sabir oğlu
Səttar Ələsgərli
Səttar Ələsgərli, 2013-cü il.
Doğum tarixi 16 iyun 1955 (1955-06-16) (68 yaş)
Doğum yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Uşağı Faiq Ələsgərov
Atası Sabir Əlsəgərov
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu (1977–1982)
Mükafatları "Tərəqqi" medalı
facebook səhifəsi

Səttar Ələsgərli — tanınmış pedaqoq, Şəki şəhər 8 №-lı beynəlmiləl tam orta məktəbin sabiq direktoru.

Haqqında məlumatlar

16 iyun 1955-ci il tarixdə Nuxada (indiki Şəkidə) anadan olub.

Təhsili

1962 – 1972-ci illərdə Nuxa/Şəki 8 №-li rus məktəbində oxuyub.

1965 – 1972-ci illərdə Yeddiillik Uşaq Musiqi Məktəbinin tar şöbəsində musiqi təhsili alıb.

1974-cü ildə Leninqrad Dövlət Unıversitetinin jurnalistıka fakültəsinə daxil olmaq üçün imtahan verib, lakin müsabiqədən keçməyib.

1977 – 1982-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda təhsil alıb.

Hərbi xidmətdə

1974 – 1976-cı illərdə Sovet Ordusunda hərbi xidmətdə olub.

Əmək fəaliyyəti

1972 – 1973-cü ıllərdə Şəki radioverilişləri redaksiyasında müxbir kimi fəaliyyət göstərib.

1982-ci ıldə Şəki rayonun Böyük Dəhnə kəndindəki 2 №-li məktəbdə rus dili müəllimi işləyib.

1983-cü ildə yenidən təşkil olunmuş 9 №-li Şəki şəhər rus məktəbində rus dılı və ədəbiyyatı müəllimi,

1985 – 1992-ci illərdə isə direktor müavını vəzifəsində çalışıb.

1992 – 2020-ci illərdə Şəki şəhər 8 №-li beynəlmiləl tam orta məktəbin direktoru olub.

Təltif və mükafatları

  • Şəki şəhər İcra hakımıyyətinin fəxri fərmanı, 2 dəfə;
  • Şəki şəhər Təhsil Şöbəsinin fəxri fərmanları, bir neçə dəfə;
  • TİAHİ (Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı) Şəki Komitəsinin fəxri fərmanı;
  • “İlin ən yaxşı ümumtəhsil məktəbi” respublıka müsabiqəsində (Azərbaycan Respublıkası prezıdentının sərəncamı ilə keçirilir) direktoru olduğu Şəki şəhər 8 №-lı tam orta məktəb son 5 ilin nəticələrinə görə qalib elan olunub (2014);
  • “Tərəqqi” medalı (2015).

Ailəsi

Ailəlidir, iki oğlu var

Həyat yoldaşı: Rumiyyə Ələsgərova Şəki şəhər 8 №-li beynəlmıləl tam orta məktəbdə fransız dılı fənnini tədris edir.

Böyük oğlu: Faiq Ələsgərov şahmat üzrə gənclər arasında keçirilmiş 1994-сu il dünya çempionatının və 2000-ci il ümumdünya olimpiadasının bürünc mükafatçısı və beynəlxalq dərəcəli ustadır.

Kiçik oglu: Yusif Ələsgərov ali təhsilli iqtisadçıdır.

Şablon:Yaxşı məqalə