Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Tünzalə Məmmədzadə

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 23:26, 26 iyun 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Tünzalə Məmmədzadə
Məmmədzadə Tünzalə Adışirin qızı
Tünzalə Məmmədzadə
'Tünzalələ Məmmədzadə'
Doğum tarixi 3 may 1983 (1983-05-03) (40 yaş)
Doğum yeri Flag of the Soviet Union.svg SSRİ
Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Şəki
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Memarlıq və dizayn fakültəsi, bakalavr (2004 – 2008); Qərb Universitetinin Moda dizayn fakultəsi, magistr (2008 – 2010); Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, doktorluq (2011 – 2014); Mərmərə Universitetinin Türkiyə Araşdırmaları İnstitutu, doktorluq (2014 – 2018).

Tünzalə Məmmədzadə (Məmmədzadə Tünzalə Adışirin qızı; d.  3 may 1983, Şəki, Azərbaycan SSR, SSRİ) — Şəki təkəlduz sənəti tarixinin tədqiqatçısı, Qurani-Kərimin bütün mətnini ipək parça üzərinə köçürmüş azərbaycanlı rəssam. VI çağırış Azərbaycan Respublikası Milli Məclis seçkilərində 113 saylı Şəki Şəhər Seçki Dairəsindən namizəd olmuş, lakin seçilməmişdir.

Haqqında məlumatlar

1983-cü ildə Şəkidə anadan olub.

Təhsili

Şəkidə 18 saylı məktəbdə (1990 – 1998) və Bakıda 153 saylı məktəbdə (1998) oxuyub. Eyni zamanda Uşaq İncəsənət məktəbində musiqi (pianino) təhsili də alıb. Sonra təhsilini Bakı Pedaqoji Kollecində – ingilis dili müəllimi fakültəsində, davam etdirib (1998 – 2002). Daha sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Memarlıq və dizayn fakültəsində bakalavr (2004 – 2008), Qərb Universitetinin Moda dizayn fakültəsində magistr (2008 – 2010), Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında isə doktorluq (2011 – 2014) təhsili alıb. O cümlədən, 2014 – 2018-ci illərdə İstanbulda yaşayaraq Mərmərə Universitetinin Türkiyə Araşdırmaları İnstitutunda ikinci doktorantura təhsilinə də yiyələnib.

Fayl:Tünzalələ Məmmədzadə3.jpg
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tünzalə Məmmədzadəyə mükafat təqdim edərkən, İstanbul, 12 yanvar 2018.

Karyerası

2012-2014-ci illərdə Bakı Humanitar Kollecində dizayn fənnini tədris edib. 2019-cu ildən Bakı Mühəndislik Universitetinin dəvəti ilə “memarlıq və dizayn” kafedrasında pedaqoji fəaliyyətini davam etdirir.

Yaradıcılığı

Qeyri adi dizaynlı memarlıq layihələrinin müəllifidir. Əsərləri Azərbaycan Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Şəffaf ipək üzərinə qeyri-adi tablolar işləyə bilir. Qurani Kərimin bütün mətnini qızılı və gümüşü boyalarla qara ipək parça üzərinə köçürüb; o, bu işi həyata keçirmək üçün 3 il vaxt sərf edib. Şablon:Yaxşı məqalə