MediaWiki:Türk dünyasının mədəniyyət paytaxtı

WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 14:46, 19 iyun 2020 tarixli dəyişiklik
Türk dünyasının mədəniyyət paytaxtı (Asiya)
Red pog.png
Asana
Red pog.png
Əskişəhər
Red pog.png
Kazan
Red pog.png
Marı
Red pog.png
Türkistan
Red pog.png
Kastamou
Red pog.png
Green pog.svg
Xivə
Asiya xəritəsində Türk dünyası mədəniyyət paytaxtlarının yeri.      Əvvəlki paytaxtlar      Hazırki paytaxt      Növbəti paytaxt

Türk dünyasının mədəniyyət paytaxtı — TÜRKSOY-un təşəbbüsü ilə türkdilli dövlət, yaxud regionların şəhərlərindən hər il birinin Türk dünyasının mədəniyyət mərkəzi seçilməsi. Türk dünyasının mədəniyyət paytaxtı seçilmiş şəhərlərdə il ərzində Türk dünyasının mədəni tədbirləri keçirilir.

TÜRKSOY-un üzv-şəhərlərindən hər il birinin illik olaraq Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi barədə qərar 2010-cu ildə türkdilli ölkə başçılarının X sammitində qəbul olunmuşdur.

Türk dünyasının birinci mədəniyyət paytaxtı 2012-ci ildə TÜRKSOY şurası tərəfindən Qazaxıstan paytaxtı Astana seçilib. Daha sonra Əskişəhər, Kazan, Marı, Şəki, Türkistan, Oş və Xivə şəhərləri də növbə ilə Türk dünyasının mədəniyyət paytaxtları seçilib.

Türk dünyasının mədəniyyət paytaxtlarının siyahısı

İl Şəhər Ölkə/Region
2012 Astana   Qazaxıstan
2013 Əskişəhər   Türkiyə
2014 Kazan   Tatarıstan
2015 Marı   Türkmənistan
2016 Şəki   Azərbaycan
2017 Türkistan   Qazaxıstan
2018 Kastamonu   Türkiyə
2019   Qırğızıstan
2020 Xivə   Özbəkistan