Təbriz Süleymanov
Təbriz Süleymanov | |
---|---|
Süleymanov Təbriz Rəcəb oğlu | |
Təbriz Süleymanov. | |
Doğum tarixi | 22 iyul 1946 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 13 yanvar 2008 (61 yaşında) |
Elmi dərəcəsi | texnika elmləri namizədi |
Elmi adı | dosent |
Təhsili |
• Azərbaycan Politexnik İnstitutu, su təchizatı və kanalizasiya ixtisası (1964–1970) • Azərbaycan İnşaat Mühəndisləri İnstitutu, aspirantura (1964–1969) |
Elmi rəhbəri | prof. V.Q.Ponomoryov |
Təbriz Süleymanov (1946–2008) — texnika elmləri namizədi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin su təchizatı və kanalizasiya kafedrasının dosenti və su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekan müavini.
Haqqında məlumatlar
22 iyul 1946-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1964-cü ildə Nuxa şəhər 11 №-li orta məktəbini bitirib.
1964 – 1969-ci illərdə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunda, daha sonra isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun aspiranturasında təhsil alıb.
Əmək fəaliyyəti
1970-ci ildən “İttifaqsukanallayihə” Elmi-Tədqiqat İnstitutuna böyük mühəndis,
1972-ci ildən “Qipromorneftqaz” Elmi-Tədqiqat İnstitutunun Xəzər dənizinin çirklənməsinə qarşı mübarizə şöbəsində əvvəl böyük mühəndis, sonra isə bu şöbədə bölmə rəhbəri vəzifəsində çalışıb.
Pedaqoji fəaliyyəti
1970-ci illərin əvvəllərindən Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun su təchizatı və kanalizasiya kafedrasında ixtisas qruplarında saat hesabı ilə mühazirələr oxuyub, kurs və diplom layihələrinə rəhbərlik edib.
1975-ci ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda/Azərbaycan Memarlıq və İnşaat Universitetində işləyib; o cümlədən,
1975-ci ildə müsabiqə yolu ilə su təchizatı və işlənmiş suların kənar edilməsi kafedrasında assistent,
1984-cü ildən mühəndis sistem və qurğuları fakültəsində xarici tələbələr üzrə dekan müavini, sonra tədris işləri üzrə dekan müavini, daha sonra su təchizatı və kanalizasiya kafedrasının dosenti və su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekan müavini vəzifəsini tutub.
Elmi fəaliyyəti
1982-ci ildə Moskva VNİİ “Vodqeo” Elmi-Tədqiqat İnstitutunun laboratoriya müdiri professor V.Q.Ponomoryovun rəhbərliyi ilə “Dəniz şəraitində buruq çirkli sularının təmizlənməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Bir müddət sonra AAK-ın qərarı ilə ona dosent elmi adı verilib.
Elmi-tədqiqat işlərinin əsas istiqaməti Xəzər dənizinin çirklənməsinin qarşısının alınması, ətraf mühitin mühafizəsi və su hövzələrindən səmərəli istifadə mövzularına həsr olunub.
55 elmi əsərin, 1 monoqrafiyanın, 5 metodik göstəriş və vəsaitin müəllifidir. Bir sıra beynəlxalq konfranslarda iştirak edib.
Vəfatı
13 yanvar 2008-ci il tarixdə – 61 yaşında, Bakıda vəfat edib.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Süleymanov Təbriz // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 516-517. — 1.000 nüsx.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- T
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- 1946-cı ildə doğulanlar
- 22 iyulda doğulanlar
- İyulda doğulanlar
- 13 yanvarda vəfat edənlər
- Yanvarda vəfat edənlər
- 2008-ci ildə vəfat edənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə