Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Təhminə Rüstəmova

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) (→‎Ədəbiyyat) tərəfindən edilmiş 19:31, 6 avqust 2024 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Təhminə Rüstəmova
Rüstəmova Təhminə Zəkəriyyə qızı
Təhminə Rüstəmova
Təhminə Rüstəmova.
Doğum tarixi 24 avqust 1926(1926-08-24)
Doğum yeri Nuxa (indiki Şəki), Şəki qəzası , Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 6 avqust 2021 (94 yaşında)
Elm sahəsi filologiya, fars dili
Elmi dərəcəsi filologiya elmləri doktoru
Elmi adı professor
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, şərqşünaslıq fakültəsi, fars filologiyası şöbəsi (1944–1949)

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, şərqşünaslıq fakültəsi, aspirantura, fars dilçiliyi ixtisası (1949–)
Mükafatları "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı
"Tərəqqi" medalı

Təhminə Rüstəmova (1926–2021) — Azərbaycan Respublikasının əməkdar müəllimi, filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin İran filologiyası kafedrasının professoru.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

24 avqust 1926-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1944-cü ildə Nuxa şəhər 7 №-li orta məktəbini bitirib.

1944 – 1949-cu illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin fars filologiyası şöbəsində təhsil alıb.

1949-cu ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin aspiranturasında fars dilçiliyi ixtisası üzrə təhsilini davam etdirib.

Elmi fəaliyyəti[redaktə | HTML redaktə]

1954-cü ildə “Müasir fars ədəbi dilində feli sifət və feli bağlamalarının morfoloji xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

1964-cü il dosent elmi adını alıb.

1990-cı ildə isə “Feli sifət və feli sifət tərkiblərinin qarşılıqlı-tipoloji planda leksik-qrammatik xüsusiyyətləri problemi (fars və azərbaycan dilləri materialları əsasında)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

160-dan çox, əsasən fars dilçiliyinə, qismən də ərəb və azərbaycan dilçiliyinə aid elmi mə­qalələri müxtəlif jurnallarda çap olunub. Orta və ali məktəblər üçün 22 adda dərslik və dərs vəsaitinin müəllifidir. “Tərəqqi” medalı ilə təltif olunmuş, Əməkdar müəllim fəxri adına layiq görülmüşdür.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1954-cü ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində/Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində işləyib; o cümlədən,

1954 – 1964-cü illərdə Yaxın və Orta Şərq dilləri kafedrasında baş müəllim,

1964 – 1990-cü illərdə İran filologiyası kafedrasında dosent,

1990-cı ildən İran filologiyası kafedrasında professor vəzifəsini tutub.

Təltif və mükafatları[redaktə | HTML redaktə]

Vəfatı[redaktə | HTML redaktə]

6 avqust 2021-ci il tarixdə – 94 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Rüstəmova Təhminə // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 492-494. — 1.000 nüsx.
  2. Təhminə Rüstəmova : [arx. 7 Jul 2011 - 7 Aug 2021] // Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsi. — Müraciət tarixi: 13.11.2021.
  3. Təhminə Rüstəmova : [arx. 19 Aug 2017 - 7 Aug 2021] // Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsi. — Müraciət tarixi: 13.11.2021.