Tələt Mehdiyev — kənd təsərrüfatı sahəsi üzrə tanınmış mütəxəssis, aqrar elmlər üzrə fəlsəfə doktoru, Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Şəki Rayon Mərkəzinin rəisi.

Tələt Mehdiyev
Mehdiyev Tələt Vahid oğlu
Tələt Mehdiyev
Tələt Mehdiyev.
Doğum tarixi 16 fevral 1963 (1963-02-16) (59 yaş)
Doğum yeri Vartaşen rayonunun[qeyd 1] Qoxmuq, Nuxa (indiki Şəki) rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
İş yeri Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi, Şəki Rayon Mərkəzi (rəis)
Elmi dərəcəsi aqrar elmlər üzrə fəlsəfə doktoru
Təhsili

 • S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutu, bitki mühafizəsi fakültəsi, alim-aqronom ixtisası (1981–1986)

 • Elmi-Tədqiqat Bitki Mühafizə və Texniki Bitkilər İnstitutu, dissertantura (2007–2011)
Həyat yoldaşı Qızılgül Mehdiyeva
Uşaqları İbrahim və Asim
Atası Vahid Mehdiyev
Anası Şahnigar Mehdiyeva
Elmi rəhbəri kənd təsərrüfatı
Mükafatları "Tərəqqi" medalı — 2015
facebook səhifəsi

Haqqında məlumatlarRedaktə

16 fevral 1963-cü il tarixdə Vartaşen rayonunun[qeyd 1] Qoxmuq kəndində, ziyalı ailəsində anadan olub.

TəhsiliRedaktə

1980-cı ildə Şəki şəhər Nizami Gəncəvi adına 7 №-li orta məktəbini bitirib.

1981 – 1986-cı illərdə S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun bitki mühafizəsi fakültəsində,

2007 – 2011-ci illərdə Elmi-Tədqiqat Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunun dissertanturasında təhsil alıb.

Əmək fəaliyyətiRedaktə

1980 – 1981-ci illərdə Şəki Kolxozlararası Tikinti Trestində ikinci dərəcəli fəhlə,

1986 – 2003-cü illərdə Şəki rayon Bitki Mühafizəsi Stansiyasında aparıcı aqronom,

2003 – 2018-ci illərdə Azərbaycan respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Şəki rayon Bitki Mühafizə Mərkəzinin rəisi vəzifəsində çalışıb.

2018-ci ildən Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Şəki Rayon Mərkəzinin rəisidir.

Elmi fəaliyyətiRedaktə

“Şəki – Zaqatala bölgəsinin payızlıq taxıl əkinlərində alaq otlarına qarşı mübarizə tədbirlərinin işlənməsi” mövzusunda dissertasiya işini müdafiə edərək aqrar elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 40-dan artıq elmi əsərin müəllifidir.

Təltif və mükafatlarıRedaktə

İctimai-siyasi aktivliyiRedaktə

1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

AiləsiRedaktə

Ailəlidir, iki övladı var.

İstinadlarRedaktə

QeydlərRedaktə

  1. 1,0 1,1 4 yanvar 1963-cü il tarixdə Nuxa rayonu ləğv edilmiş, 1965-ci ilin yanvar ayınadək Nuxa şəhəri istisna olmaqla keçmiş Nuxa rayonunun bütün ərazisi Vartaşen rayonunun tərkibində olmuşdur. Bundan sonra – 1965-ci ildə, bir müddət keçmiş Nuxa rayonunun ərazisinin yarısı Vartaşen, yarısı isə Qax rayonlarının tərkibində olub. 1965-ci ilin iyun ayında Nuxa rayonu əvvəlki hüdudlarında bərpa edilib.

ƏdəbiyyatRedaktə

  1. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Kənd təsərrüfatı işçilərinin təltif edilməsi haqqında : [arx. 29.10.2017] // E-qanun.az. — 2015. — 29 oktyabr. — Müraciət tarixi: 07.02.2022.