Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Tələt Qasımov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 57: Sətir 57:
  
 
===Təhsili===
 
===Təhsili===
1956-cı ildə Bakıda 6 №-li məktəbi bitirib.
+
1956-cı ildə Bakı 6 №-li orta məktəbini bitirib.
  
 
1957 – 1963-cü illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alıb;
 
1957 – 1963-cü illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alıb;

19:26, 26 fevral 2021 versiyası

Tələt Qasımov
Qasımov Tələt Əli oğlu
Tələt Qasımov.jpg
Tələt Qasımov
bayraqAzərbaycan Respublikasının səhiyyə naziribayraq
1991 — 1992
Sələfi vəzifə təsis edilib
Xələfi Rahim Hüseynov
bayraqAzərbaycan SSR səhiyyə naziribayraq
1979 — 1991
Sələfi Hənifə Abdullayev
Xələfi Azərbaycan SSR ləğv olunub
bayraqAzərbaycan SSR səhiyyə nazirinin müavinibayraq
1978 — 1979
Şəxsi məlumatlar
Doğum tarixi 4 avqust 1939(1939-08-04)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 27 fevral 1999(1999-02-27) (60 yaşında)
Vəfat yeri Bakı
Atası Əli Qasımov
Anası Səidə Qasımova
Həyat yoldaşı Yuliya Qasımova
Təhsili

Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu (1957 – 1963);

Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun klinik ordinaturası (1965 – 1967)
Elmi dərəcəsi tibb elmləri namizədi
Təltifləri

Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı"Şərəf Nişanı" ordeni

"Azərbaycan SSR əməkdar həkimi" fəxri adı

Tələt Qasımov (1939 – 1999) — Azərbaycan SSR-in sonuncu, Azərbaycan Respublikasının isə birinci səhiyyə naziri (1979 – 1992).

Haqqında məlumatlar

1939-cu ildə Bakıda anadan olub.

Təhsili

1956-cı ildə Bakı 6 №-li orta məktəbini bitirib.

1957 – 1963-cü illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alıb;

1965 – 1967-ci illərdə əvvəl Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun klinik ordinaturasına təhsilini artırıb.

Hərbi xidmətdə

1963 – 1965-ci illərdə hərbi xidmətdə olub – Macarıstanda hərbi həkim işləyib.

Əmək fəaliyyəti

1957 – 1963-cü illərdə institutda təhsil alarkən Bakı şəhər 2 №-li klinik xəstəxanada tibb qardaşı vəzifəsində çalışıb.

1967 – 1970-ci illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun I hospital terapiya kafedrasında assistent vəzifəsində çalışıb.

1970 – 1974-cü illərdə Azərbaycan LKGİ-nin sədri olub.

1974 – 1978-cu illərdə Azərbaycan KP MK-da işləyib, o cümlədən, 1976 – 1978-ci illərdə elm və təhsil müəssisələri şöbəsinin səhiyyə və sosial təminat sektorunun müdiri olub.

1978 – 1979-cu illərdə Azərbaycan SSR Səhiyyə nazirinin müavini və nazirliyin IV baş idarəsinin rəisi vəzifəsində çalışıb.

1979 – 1992-ci illərdə Azərbaycan SSRİ-nin (1991-ci ilədək) və Azərbaycan Respublikasının (1991-ci ildən) səhiyyə naziri olub.

1992-ci ildən sonra bir müddət işsiz qalıb, sonra Azərbaycanın Rusiyadakı səfirliyində müşavir vəzifəsində çalışıb.

1999-cu ildə Bakıda vəfat edib.

Elmi fəaliyyəti

1970-ci ildə “Bronxial asma zamanı kliniki-biokimyəvi tədqiqatlar” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib,

İctimai fəaliyyəti

1980 – 1984 və 1985 – 1990-cı illərdə X və XI çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilib.

eyni zamanda institutun komsomol komitəsi katibinin müavini olub və

institutun komsomol komitəsinin katibi olub.

Mükafatları

  • Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı (1972) – respublika pioner təşkilatının işində fəal iştirak etdiklərinə, böyüməkdə olan nəslin kommunist tərbiyəsi sahəsində uzun illər səmərəli fəaliyyət göstərdiklərinə görə və V.İ.Lenin adına Ümumittifaq pioner təşkilatının 50 illiyi ilə ələqədar olaraq[1];
  • “Səhiyyə əlaçısı” nişanı (1970);
  • Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı (1970);
  • “Şərəf nişanı” ordeni (1981);
  • “Azərbaycan SSR əməkdar həkimi” fəxri adı (1989).

Ailəsi

  • Atası: Əli Qasımov, Nuxada anadan olmuşdur, 1941-ci ilədək Bakı şəhər səhiyyə idarəsində çalışıb, Bakıda tibb məktəbinin müdiri olub, 1941-ci ildə könüllü olaraq müharibəyə gedib, 1942-ci ildə itkin düşüb;
  • Anası: Səidə Qasımova (Əbdürəhmanova), görkəmli azərbaycanlı sovet heykəltəraş-monumentalisti Fuad Əbdürəhmanovun əmisi qızı, həkim, Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda çalışıb, Nuxada anadan olmuşdur.
  • Bacısı: Rəna;
  • Həyat yoldaşı: Yuliya Qasımova;
  • Övladları: NərminəƏli Qasımov.

İstinadlar

  1. "Respublikanın xalq maarifi və mədəniyyət işçilərinin Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə tətif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 18 may 1972-ci il tarixli Fərmanı" (PDF). www.anl.az (azərb.). ww.anl.az. 5 Dec 2010 – 16 Jan 2020 tarixində arxivləşdirilib (PDF).

Ədəbiyyat

Şablon:Yaxşı məqalə