Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Tərlan Nəsibov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 10:06, 1 mart 2022 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Tərlan Nəsibov
Nəsibov Tərlan Məhəmməd oğlu
Tərlan Nəsibov
Tərlan Nəsibov.
Doğum tarixi 17 mart 1988 (1988-03-17) (36 yaş)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • Sumqayıt Dövlət Universiteti, ekologiya ixtisası, bakalavriat (2005–2010)

 • Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası, regional idarəetmə ixtisası, magistratura (2015–2018)
facebook səhifəsi

Tərlan Nəsibov — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəki Regional Mədəniyyət İdarəsinin rəis müavini və rəis əvəzi.

Haqqında məlumatlar

17 mart 1988-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili

1994 – 2006-cı illərdə Şəki şəhər 18 saylı tam orta məktəbində,

2005 – 2010-cu illərdə Sumqayıt Dövlət Universitetində (bakalavriat),

2015 – 2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında (magistratura) təhsil alıb.

Hərbi xidmət

2010 – 2011-ci illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyəti

30 yanvar 2013-cü il tarixdən 28 aprel 2014-cü il tarixədək Şəki şəhər icra hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində məsləhətçi,

28 aprel 2014-cü il tarixdən Şəki şəhər icra hakimiyyəti aparatının şəhər təsərrüfatı şöbəsində əvvəl böyük məsləhətçi, sonra isə baş məsləhətçi vəzifəsində çalışıb.

27 yanvar 2022-ci il tarixdən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəki Regional Mədəniyyət İdarəsinin rəis müavinidir və rəis əvəzi vəzifəsini icra edir.

Siyasi aktivliyi

2014-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəsi

Ailəlidir, iki övladı var.

Ədəbiyyat

  1. Struktur və əməkdaşlar : Nəsibov Tərlan Məhəmməd oğlu : [arx. 01.03.2022] // Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. — Müraciət tarixi: 04.08.2021.