Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Tərlan Nəsibov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Tərlan Nəsibov
Nəsibov Tərlan Məhəmməd oğlu
Tərlan Nəsibov
Tərlan Nəsibov.
Doğum tarixi 17 mart 1988 (1988-03-17) (36 yaş)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • Sumqayıt Dövlət Universiteti, ekologiya ixtisası, bakalavriat (2005–2010)

 • Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası, regional idarəetmə ixtisası, magistratura (2015–2018)
facebook səhifəsi

Tərlan Nəsibov — Şəki Şəhər İcra Hakimiyyətinin şəhər təsərrüfatı şöbəsinin baş məsləhətçisi.

Haqqında məlumatlar

17 mart 1988-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili

1994 – 2006-cı illərdə Şəki şəhər 18 saylı tam orta məktəbində,

2005 – 2010-cu illərdə Sumqayıt Dövlət Universitetində (bakalavriat),

2015 – 2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında (magistratura) təhsil alıb.

Hərbi xidmət

2010 – 2011-ci illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyəti

30 yanvar 2013-cü il tarixdən 28 aprel 2014-cü il tarixədək Şəki şəhər icra hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində məsləhətçi,

28 aprel 2014-cü il tarixdən Şəki şəhər icra hakimiyyəti aparatının şəhər təsərrüfatı şöbəsində əvvəl böyük məsləhətçi, sonra isə baş məsləhətçi vəzifəsində çalışıb.

27 yanvar 2022-ci il tarixdən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəki Regional Mədəniyyət İdarəsinin rəis müavini təyin olunub.

4 avqust 2022-ci il tarixədək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəki Regional Mədəniyyət İdarəsinin rəis əvəzi vəzifəsini icra edib.

2022-ci ilin avqust ayından Şəki Şəhər İcra Hakimiyyətin şəhər təsərrüfatı şöbəsində əvvəl böyük məsləhətçi, daha sonra isə baş məsləhətçi vəzifəsinə təyin olunub.

Siyasi aktivliyi

2014-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəsi

Ailəlidir, iki övladı var.

Ədəbiyyat

  1. Struktur və əməkdaşlar : Nəsibov Tərlan Məhəmməd oğlu : [arx. 01.03.2022] // Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəki Regional Mədəniyyət İdarəsi. — Müraciət tarixi: 04.08.2021.