Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Tacəddin Əfəndiyev

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 01:02, 19 mart 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Tacəddin Əfəndiyev
Əfəndiyev Tacəddin Abdurrahman oğlu
Tacəddin Əfəndiyev
Tacəddin Əfəndiyev, 1970-ci il.
Doğum tarixi 23 fevral 1922(1922-02-23)
Doğum yeri Əli Bayramov kəndi (indiki Aslanbəyli), Qazax qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR
Vəfat tarixi 18 sentyabr 1986 (64 yaşında)
Vəfat yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Dəfn yeri Çöl qəbiristanlığı, Şəki
Təhsili

Nuxa Toxuculuq Texnikumu (–1940)

Moskva Toxuculuq İnstitutu (–1955)
Mükafatları I dərəcəli "Vətən Müharibəsi" ordeni"Qırmızı Ulduz" ordeni — 1943"Stalinqradın müdafiəsinə görə" medalı"Leninqradın müdafiəsinə görə" medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı"Yaponiya üzərində qələbəyə görə" medalı — 1945"Oktyabr İnqilabı" ordeniVladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı — 1970

Tacəddin Əfəndiyev (1922 – 1986) — ipəkçilik və toxuculuq sənayesi mühəndisi, Böyük Vətən müharibəsi iştirakçısı. 1960 – 1981-ci illərdə V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyinin[qeyd 1] baş direktoru, həmçinin, 1975 – 1981-ci illərdə Azərbaycan SSR Yüngül Sənaye Nazirliyi kollegiyasının üzvü olub. Şəkidə bir sıra abadlıq-quruculuq işlərinin həyata keçilirlnəsi istiqamətində müstəsna xidmətləri var, “Marxal” ipəkçilərinin istirahət kompleksi, “Səadət” pioner düşərgəsi onun təşəbbüsü və rəhbərliyi ilə iməciliklər yolu ilə yaradılmışdır.

Haqqında məlumatlar

23 fevral 1922-ci il tarixdə Qazax qəzasının Əli Bayramov (indiki Aslanbəyli) kəndində anadan olub.

Təhsili

1940-cı ildə Nuxa Toxuculuq Texnikumunu,

1955-ci ildə Moskva Toxuculuq İnstitutunu bitirib.

Hərbi xidmətdə

1940-cı ildə hərbi xidmətə çağırılıb.

1941-ci ilin fevralından Novqorodda yerləşmiş DKAMHM-nın (Diviziya Kiçik Aviasiya Mütəxəssisləri hazırlayan Məktəb) kursantı olub. Həmin ilin 22 iyun tarixində Böyük Vətən müharibəsinin başlanmasından sonra məktəb Voronejə köçürülüb və avqust ayında məktəbin növbədənkənar buraxılışında təyinatla 7-ci uzağauçan aviasiya alayının 4-cü avio-eskadrilyasına atıcı-radist göndərilib.

25 mart 1945-ci il tarixli “Bakinski raboçi” qəzetində dərc olunmuş məktubunda Stalinqrad, Leninqrad əməliyyatlarında, Ukraynada, Pribaltikada vuruşduğunu, müharibənin dörd ilində 200-dən artıq uçuşda olduğunu, iki orden, 3 medalla təltif olunduğunu vurğulayıb.

9 may 1945-ci ildə Almaniya üzərində qələbədən sonra isə Yaponiya ilə müharibədə iştirak etmiş və daha iki medalla təltif olunmuşdur.

1945-ci ilin sonunda qvardiya starşinası hərbi rütbəsi ilə Sovet Ordusundan tərxis olunub.

Əmək fəaliyyəti

Tacəddin Əfəndiyev işdən sonra V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyinin “Daşüz” yardımçı təsərrüfat sahəsində cır tənəklərə göz calağı vurarkən, 1975-ci il.

1940-cı ildə Nuxa ipək laboratoriyasında işləyib.

1946 – 1948-ci illərdə Nuxa şəhərindəki 2 №-li ipək fabrikində baş mühəndis,

1948 – 1949-cu illərdə V.İ.Lenin adına Nuxa İpək Kombinatında direktorunun müavini və baramaaçan sexinin rəisi,

1955 – 1960-cı illərdə V.İ.Lenin adına Nuxa İpək Kombinatında direktorunun müavini və baş mühəndis,

1961 – 1981-ci illərdə V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyinin[qeyd 1] baş direktoru olub.

1981-ci ildən əmək fəaliyyətini Şəki Elektrik Şəbəkəsi idarəsində mülki-müdafiə şöbəsinin rəisi vəzifəsində davam etdirib.

Siyasi fəaliyyəti

1943-cü ildən ÜİK(b)P-nın üzvü olub.

Azərbaycan KP Şəki şəhər partiya komitəsi bürosunun üzvü olub.

Azərbaycan KP XXVIII qurultayının nümayəndəsi seçilib.

Təltif və mükafatları

Vəfatı

18 sentyabr 1986-ci il tarixdə – 64 yaşında, Şəkidə vəfat edib. Şəkidə çöl qəbiristanlığında dəfn olunub.

Fotoşəkillər

Qeydlər

  1. 1,0 1,1 Müəssisənin əvvəlki adları: V.İ.Lenin adına Nuxa İpək Kombinatı (mart, 1968-ci il tarixədək); V.İ.Lenin adına Şəki İpək Kombinatı (mart, 1975-ci il tarixədək); V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyi (mart, 1975-ci il tarixdən).
  2. Respublika pioner təşkilatının işində fəal iştirak etdiklərinə, böyüməkdə olan nəslin kommunist tərbiyəsi sahəsində uzun illər səmərəli fəaliyyət göstərdiklərinə görə və V.İ.Lenin adına Ümumittifaq pioner təşkilatının 50 illiyi ilə əlaqədar.

Ədəbiyyat

  1. Çətin yolun yolçusu: Tacəddin Əfəndiyev (azərb.) // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 1975. —15 aprel  c. — № 12 – 13 (1236 – 1237). — Səh. 2 – 3.
  2. Mahmudov B. (tərcüməçi). Atıcı – radist (azərb.) // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 1975. —20 iyun  c. — № 20 – 21 (1244 – 1245). — Səh. 3 – 4.
  3. Tacəddin Aburrahman oğlu Əfəndiyev (nekroloq) (azərb.) // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 1986. —25 sentyabr  c. — № 25 – 26 (1501). — Səh. 3.

Şablon:Yaxşı məqalə