Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Tacəddin Aslanov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 18:29, 15 avqust 2021 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Tacəddin Aslanov
Aslanov Tacəddin Valeh oğlu
Tacəddin Aslanov
Tacəddin Aslanov.
Doğum tarixi 6 yanvar 1930(1930-01-06)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 15 avqust 1978 (48 yaşında)
Vəfat yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, hüquq fakültəsi (1947–)

 • Ali Partiya Məkəbi (1966–1968)

Tacəddin Aslanov (1930–1978) — tanınmış hüquqşünas, Şəki rayon Xalq Məhkəməsinin sədri.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

6 yanvar 1930-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1937 – 1947-ci illərdə Nuxa şəhər 10 №-li tam orta məktəbində təhsil alıb.

1947-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub.

1966 – 1968-ci illərdə Ali Partiya Məktəbində təhsil alıb.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1960-cı illərdə V.İ.Lenin adına Nuxa İpək Kombinatı Komsomol Komitəsinin katibi olub.

1965-ci ildən Azərbaycan KP Nuxa Şəhər Partiya Komitəsində əvvəl təlimatçı, sonra isə təşkilat şöbəsinin müdiri vəzifəsində çalışıb.

1970 və 1975-ci illərdə Şəki Rayon Xalq Məhkəməsinin hakimi seçilib. Birinci dəfə Şəki rayon xalq hakimliyinə namizədliyi V.İ.Lenin adına Şəki İpək Kombinatının, ikinci dəfə isə “Paris Kommunası” kolxozunun əmək kollektivi tərəfindən irəli sürülmüşdür. 1975-ci ildən həm də Şəki Rayon Xalq Məhkəməsinin sədri olub.

Vəfatı[redaktə | HTML redaktə]

15 avqust 1978-ci il tarixdə – 48 yaşında, Şəkidə vəfat edib.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  • Xalq hakimliyinə namizədlər // M.Salis İpəkçi : qəzet. — Şəki, 1976. — В. 10 aprel. — № 9 – 10 (1273).