Tahir Həmidli — Azərbaycan Rəssamlar İttifaqı Şəki Təşkilatının sədri. Daş hissələri üzərində şəkillər çəkən rəsam kimi tanınır. Şəkidə Sülh meydanında “Üç güyüm” kompozisiyanın və Şəki şəhərinin gerbinin layihəsinin müəllifidir.

Tahir Həmidli
Həmidli Tahir Əhmədiyyə oğlu
Tahir Həmidli
Tahir Həmidli.
Doğum tarixi 6 yanvar 1953 (1953-01-06) (71 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu (1968–1972)

 • N.Ostrovki adına Daşkənd Teatr və Rəssamlıq İnstitutu, qrafika fakültəsi (1972–1978)
Üslub dekorativ tətbiqi sənət (daş üzərində rəngkarlıq və qrafika)
Atası Həmidov Əhmədiyyə Cəfər oğlu (1910-–975)
Anası Məmmədova Zeynəbxatun Saleh qızı (1924–2011)
Uşaqları İlkin və Əhməd
Həyat yoldaşı Həmidli Səhər Şahid qızı
facebook səhifəsi

Haqqında məlumatlarRedaktə

6 yanvar 1953-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

TəhsiliRedaktə

1959 – 1968-ci illərdə Şəki/Nuxa şəhər M.Qorki adınq 10 №-li orta məktəbində,

1968 – 1972-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumununda,

1972 – 1978-ci illərdə isə N.Ostrovki adına Daşkənd Teatr və Rəssamlıq İnstitutunun qrafika fakültəsində təhsil alıb.

Hərbi xidmətdəRedaktə

1978 – 1980-cı illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyətiRedaktə

 
Tahir Həmidli öz əsərini Türkiyə prezidenti Ərdoğana hədiyyə edərkən, 2010-cu il.
 
Tahir Həmidli öz emalatxanasında, 2020-ci il.

1978-ci ildə Özbəkistan SSR Poliqrafiya və Kitab Ticarəti üzrə Dövlət Komitəsində (Daşkənd) redaktor,

1978 – 1980-cı illərdə Şəki şəhər mədəniyyət şöbəsində rəssam,

1982 – 1997-ci illərdə Şəki Dövlət Rəsm Qalereyasının direktoru,

1993 – 2018-ci illərdə əvvəl M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Şəki filialında, sonra Azərbaycan Dövlət Müəllimlər İnstitutunun Şəki filialında, daha sonra isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında baş müəllim vəzifəsində çalışıb.

Təltif və mükafatlarıRedaktə

  • Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri fərmanı (2019)

DigərRedaktə

1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

1987-ci ildən Azərbaycan Rəssamlar İttifaqı Şəki Təşkilatının sədridir.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2006-cı ildə Şəkiyə səfərləri çərçivəsində yeni bərpa olunmuş Şəki xanlarının sarayı ilə tanışlıq zamanı abidənin həyətində Tahir Həmidlinin 30 daşdan ibarət sərgi-kompozisiyasına baxıblar. Sərgi onların xoşuna gəlib və ali qonaqlar rəssama bu sahədə fəaliyyətini davam etdirməyi tövsiyə ediblər.

Yaradıcılığından nümunələrRedaktə

ƏdəbiyyatRedaktə

  1. Mete Ə. Şəki Dövlət Rəsm Qalereyasında // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 33-34. — 500 nüsx.
  2. Məmmədov Ə., Xalıqov F. Həmidli Tahir // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 166. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  3. Dadaşov M. Şəkili rəssam Tahir Həmidli: Bu sənət mənə daşlarla ünsiyyət qurmağı öyrədib : [arx. 26 Mar 2020 - 9 Jun 2020]. — 2019. — 29 mart. — Müraciət tarixi: 20.09.2024.

VideolarRedaktə