Tamilla Mahmudova
Tamilla Mahmudova | |
---|---|
Mahmudova Tamilla Zahid qızı rus.: Махмудова Тамилла Захид гызы | |
![]() | |
Tamilla Mahmudova. |
Tamilla Mahmudova (1931–2014) — beynəlxalq səviyyədə tanınmış pianoçu, Azərbaycan SSR xalq artisti, Rusiya Federasiyasının əməkdar artisti, Moskva Dövlət Pedaqoji Universitetinin musiqi fakültəsinin professoru.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
21 aprel 1931-ci il tarixdə Bakıda anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyası nəzdində xüsusi məktəbdə, məşhur pedaqoq, professor Kövkəb Səfərəliyevanın sinfində alıb.
1953-cü ildə Moskva Dövlət Konservatoriyasını,
1957-ci ildə isə Y.Zakın sinfində aspiranturanı bitirib.
Pianoçu fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
Repertuarına Qərbi Avropa və rus klassik bəstəkarlarının ən mürəkkəb, virtuoz əsərləri daxil idi. Azərbaycan bəstəkarları Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, A.Məlikov və A.Sultanovanın musiqisi də onun konsert proqramlarında həmişə xüsusi yer tutub.
Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
- “Azərbaycan SSR xalq artisti” fəxri adı (1974);
- “Rusiya Federasiyasının əməkdar artisti” fəxri adı (1994);
- “Şöhrət” ordeni (2002)[1];
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü (2004)[2].
Digər[Vizual/Mobil redaktə | HTML redaktə]
Musiqi haqqında çoxsaylı məqalələr, xatirələr kitabı yazıb.
İlk dəfə iki yaşı olanda Nuxada (indiki Şəki) – babasının evində “Offengerr” şirkətinin (Almaniya) istehsalı olan röyalı görüb və bu onun çox xoşuna gəlib. 73 yaşı olanda yenidən babasının evinə – indiki Sabit Rəhmanın ev muzeyinə gedib və həmin röyalı öz yerində görəndə xeyli kövrəlib, başlayıb ağlamağa.
Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]
12 sentyabr 2014-cü il tarixdə – 83 yaşında, Moskvada vəfat edib.
Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]
Atası[Vizual/Mobil redaktə | HTML redaktə]
Mahmudov Zahid Kərim oğlu — 17 fevral 1903-cü il tarixdə Nuxada anadan olub. 3-cü dərəcəli hərbçi-baytar-həkim (rus.: военветврач) idi. 1928-ci ilin noyabr ayından sovet ordusunda xidmət edirdi. Böyük Vətən müharibəsində – 1942-ci ildə həlak olub. Məşhur yazıçı, dramaturq və ssenarist Sabit Rəhmanın (1910–1970) böyük qardaşı, tanınmış bəstəkar Emin Sabitoğlunun isə əmisidir.
Uşaqları[Vizual/Mobil redaktə | HTML redaktə]
Oğlu: Mikayıl (jurnalist).
Qızı: Cənnət (musiqiçi-konsertmeyster).
İstinadlar[Vizual/Mobil redaktə | HTML redaktə]
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Махмудов Заид Корим-оглы : [arx. 03.09.2022] : [rus.] // Память народа. — Müraciət tarixi: 03.09.2022.
- T.Z.Mahmudovanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında // E-qanun.az. — 2002. — 2 aprel. — Müraciət tarixi: 03.09.2022.
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında : [arx. 15 Apr 2021 - 16 Apr 2021] // E-qanun.az. — 2004. — 23 dekabr. — Müraciət tarixi: 03.09.2022.
- ... Горячая азербайджанка, или Путь от рояля в горах Шеки к мировой славе…Тамилла Махмудова : [arx. 11.05.2021] : [rus.] // Trend. — 2021. — 21 апреля. — Müraciət tarixi: 03.09.2022.
- Azərbaycanın Xalq artisti Tamilla Mahmudovanın 90 yaşı tamam olur : [arx. 03.09.2022] // Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəsmi saytı. — 2021. — 21 aprel. — Müraciət tarixi: 03.09.2022.
Videolar[Vizual/Mobil redaktə | HTML redaktə]
Bildiriş[Vizual/Mobil redaktə | HTML redaktə]
...
...