Tapdıq Qurbanəliyev (1978–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin baş giziri.

Tapdıq
Qurbanəliyev
Qurbanəliyev Tapdıq Dövlətxan oğlu
Tapdıq Qurbanəliyev
Tapdıq Qurbanəliyev.
Doğum tarixi 21 dekabr 1978(1978-12-21)
Doğum yeri Aydınbulaq, Şəki rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 30 sentyabr 2020 (41 yaşında)
Vəfat yeri Çaylı kəndi, Tərtər rayonu, Azərbaycan
Dəfn yeri Şeyx Osman qəbiristanlığı, İbrahimkənd, Şəki rayonu, Azərbaycan
Vətəndaşlıq SSRİ Azərbaycan
Mənsubiyyəti Azərbaycan Ordusu
Atası Dövlətxan Qurbanəliyev
Anası Telli
Həyat yoldaşı Natəvan Qurbanəliyeva
Hərbi fəaliyyəti
Qoşun növü Quru Qoşunları
Xidmət illəri 1998 – 2020
Rütbə baş gizir
Təltifləri "Vətən uğrunda" medalı — 2020"İgidliyə görə" medalı — 2020"Suqovuşanın azad olunmasına görə" medalı — 2021"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı — 2003"Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı — 2008"Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı — 2013"Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı — 2018"Qüsursuz xidmətə görə" I dərəcəli medalı — 2018"Qüsursuz xidmətə görə" II dərəcəli medalı — 2013"Qüsursuz xidmətə görə" III dərəcəli medalı — 2008

Haqqında məlumatlar Vizual/Mobil redaktə

21 dekabr 1978-ci il tarixdə Şəki rayonunun Aydınbulaq kəndində anadan olub.

Təhsili Vizual/Mobil redaktə

1985-ci ildə Şəki rayonunun Aydınbulaq kənd tam orta məktəbinin 1-ci sinfinə gedib.

Hərbi xidmətdə Vizual/Mobil redaktə

Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə gedərək orada zabit heyətinin təkmilləşdirilmə kursu nəzdindəki gizir hazırlama kursuna daxil olub. 2000-ci ilin may ayından PDM komandiri hərbi ixtisası üzrə hərbi sahədə fəaliyyətə başlayıb.

Vəfatı Vizual/Mobil redaktə

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində ön cəbhədə vuruşub. 30 sentyabr 2020-ci il tarixdə – 41 yaşında, Tərtər-Ağdərə istiqamətində gedən döyüşdə, Tərtərin Çaylı kəndində döyüş tapşırığını yerinə yetirərkən tank əleyhinə minaya düşərək qəhrəmancasına həlak olub. Oktyabr ayının 16-da İbrahimkənd kəndinin Şeyx Osman qəbiristanlığında dəfn edilib.

Təltif və mükafatları Vizual/Mobil redaktə

Ailəsi Vizual/Mobil redaktə

Ailədə 1 bacı, 4 qardaş olublar. Atası Dövlətxan Qurbanəliyev 2017-cı ildə, anası Telli 2013-cü ildə vəfat edib. Ailəli idi. Bir qızı və bir oğlu vardır.

İstinadlar Vizual/Mobil redaktə

Ədəbiyyat Vizual/Mobil redaktə

  1. 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : TAPDIQ Dövlətxan oğlu Qurbanəliyev : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.
  2. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
  3. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “İgidliyə görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : [arx. 18 Dec 2020 - 7 May 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 18 dekabr. — Müraciət tarixi: 21.12.2021.
  4. Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncamı : [arx. 24 Jun 2021 - 18 Nov 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 24 iyun. — Müraciət tarixi: 21.12.2021.

Video-çarxlar Vizual/Mobil redaktə