Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Telman Həmidov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Telman Həmidov
Həmidov Telman Muxtar oğlu
Telman Həmidov
Telman Həmidov.
Doğum tarixi 31 yanvar 1941(1941-01-31)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 15 aprel 1995 (55 yaşında)
Elmi dərəcəsi texnika elmləri namizədi
Elmi adı dosent
Təhsili Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu, inşaat fakültəsi (1958–1963)
Həyat yoldaşı Xuraman
Elmi rəhbəri A.Mustafayev

Telman Həmidov (1941–1995) — texnika elmləri namizədi, dosent; 1963-cü ildən Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunda, 1975-ci ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda, 1982 – 1986-cı illərdə isə Əlcəzairin Bumerdez şəhərindəki Milli Neft, Qaz və Kimya İnstitutunda dərs deyib.

Haqqında məlumatlar

31 yanvar 1941-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1948 – 1958-ci illərdə orta məktəbdə oxuyub.

1958 – 1963-cü illərdə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1963-cü ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun mühəndis rəsmxəti kafedrasında assistent vəzifəsinə işə götürülmüş,

1969-cu ildən baş müəllim vəzifəsinə keçirilmişdir.

1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu təşkil olunduqdan sonra pedaqoji fəaliyyətini bu institutun mühəndis qrafikası kafedrasında davam etdirib.

1982 – 1986-cı illərdə Əlcəzairin Bumerdez şəhərindəki Milli Neft, Qaz və Kimya İnstitutunda tərsimi həndəsə, rəsmxət və mühəndis qrafikası fənlərindən dərs deyib.

Bir müddət Türkiyənin Sibas şəhərindəki Texniki Universitetdə də işləyib.

Elmi fəaliyyəti

1975-ci ildə texnika elmləri namizədi elmi dərəcəsi,

1991-ci ildə isə dosent elmi adını alıb.

Dəfələrlə beynəlxalq elmi-metodik konfranslarda məruzə etmiş, 22 elmi-metodik əsər çap etdirmişdir. Əsərlərindən 5-i fransız dilində nəşr olunub. Əlcəzairdə ali məktəbdə dərs dediyi illərdə həmin ölkənin ali təhsil müəssisələri üçün 350 səhifəlik elmi-metodik əsər yazıb.

Vəfatı

15 aprel 1995-ci il tarixdə – 55 yaşında, avtomobil qəzasında faciəli şəkildə həlak olub.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Həmidov Telman // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 232-233. — 1.000 nüsx.