Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Telman Həmidov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 07:46, 2 sentyabr 2021 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Telman Həmidov
Həmidov Telman Muxtar oğlu
Telman Həmidov
Telman Həmidov
Doğum tarixi 31 yanvar 1941(1941-01-31)
Doğum yeri Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 15 aprel 1995 (55 yaşında)
Elmi dərəcəsi texnika elmləri namizədi
Elmi adı dosent
Təhsili Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu, inşaat fakültəsi (1958–1963)
Elmi rəhbəri A.Mustafayev

Telman Həmidov (1940–1995) — texnika elmləri namizədi, dosent; 1963-cü ildən Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunda, 1975-ci ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda, 1982 – 1986-cı illərdə isə Əlcəzairin Bumerdez şəhərindəki Milli Neft, Qaz və Kimya İnstitutunda dərs deyib.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

31 yanvar 1941-cı il tarixdə Nuxada anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1948 – 1958-ci illərdə orta məktəbdə oxuyub.

1958 – 1963-cü illərdə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1963-cü ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun mühəndis rəsmxəti kafedrasında assistent vəzifəsinə işə götürülmüş,

1969-cu ildən baş müəllim vəzifəsinə keçirilmişdir.

1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu təşkil olunduqdan sonra pedaqoji fəaliyyətini bu institutun mühəndis qrafikası kafedrasında davam etdirib.

1982 – 1986-cı illərdə Əlcəzairin Bumerdez şəhərindəki Milli Neft, Qaz və Kimya İnstitutunda tərsimi həndəsə, rəsmxət və mühəndis qrafikası fənlərindən dərs deyib.

Bir müddət Türkiyənin Sibas şəhərindəki Texniki Universitetdə də işləyib.

Elmi fəaliyyəti[redaktə | HTML redaktə]

1975-ci ildə texnika elmləri namizədi elmi dərəcəsi,

1991-ci ildə isə dosent elmi adını alıb.

Dəfələrlə beynəlxalq elmi-metodik konfranslarda məruzə etmiş, 22 elmi-metodik əsər çap etdirmişdir. Əsərlərindən 5-i fransız dilində nəşr olunub. Əlcəzairdə ali məktəbdə dərs dediyi illərdə həmin ölkənin ali təhsil müəssisələri üçün 350 səhifəlik elmi-metodik əsər yazıb.

Vəfatı[redaktə | HTML redaktə]

15 aprel 1995-ci il tarixdə – 55 yaşında, avtomobil qəzasında faciəli şəkildə həlak olub.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Həmidov Telman // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 232-233. — 1.000 nüsx.