Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Telman Muxtarlı

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 15:19, 26 fevral 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Telman Muxtarlı
Muxtarlı (Muxtarov) Telman Ziya oğlu
Telman Muxtarlı
Telman Muxtarlıya fəxri fərman təqdim edilərkən, 2009-cu il
Şəxsi məlumatlar
Doğum tarixi 27 fevral 1951(1951-02-27)
Doğum yeri Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 26 aprel 2010 (59 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Həyat yoldaşı Elmira Ramiz qızı Xəlifəzadə

Telman Muxtarlı (1951 – 2010) – musiqiçi, aranjemançı, Şəkinin “Zirvə” vokal-instrumental ansamblının rəhbəri.

Haqqında məlumatlar

27 fevral 1951-ci il tarixdə Nuxada anadan olub.

Telman Muxtarov, 1975-ci il.

Şəki Musiqi Texnikumunu tar ixtisası bitirib. Daha sonra Azərbaycan Memarlıq və İnşaat universitetinin memarlıq fakültəsində təhsil alıb.

1971 – 2010-cu illərdə Şəkinin “Zirvə” vokal-instrumental ansamblının rəhbəri olub. Onun rəhbərliyinin ilk dövrlərində ansambl tez-tez Şəkidə və ətraf rayonlarda konsert proqramları ilə çıxış etmişdir; ansambl 1978-ci ildə Moskva şəhərində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində keçirilən Ümumittifaq Festivalında qızıl medala layiq görülmüş, 1979-cu ildə Azərbaycan Televiziyasının “Gənclik estradası” yarışmasının qaliblərindən biri olmuşdur. Sonrakı illərdə Rusiyanın Taqanroq şəhərində və Tümen vilayətində, həmçinin, Türkiyədə keçirilən festivallarda və digər tədbirlərdə də konsert proqramları ilə çıxışları olub.

Telman Muxtarlı 26 aprel 2010-cu il tarixdə vəfat etmişdir.

Şablon:Yaxşı məqalə