Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Teymurçin Məmmədov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (→‎Əmək fəaliyyəti) tərəfindən edilmiş 21:14, 5 noyabr 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Teymurçin Məmmədov
Məmmədov Teymurçin Muxrəddin olu
Teymurçin Məmmədov
Teymurçin Məmmədov.
Doğum tarixi 14 oktyabr 1953(1953-10-14)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 1 noyabr 2021 (68 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, fizika fakültəsi (1969–1974)
facebook səhifəsi

Teymurçin Məmmədov (1953–2021) — tanınmış pedaqoq, Şəki Dövlət Regional Kollecinin direktor müavini.

Haqqında məlumatlar

1953-cü ildə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1969-cu ildə Şəki şəhər 12 №-li orta məktəbini bitirib.

1969 – 1974-cü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1974 – 1975-ci illərdə təyinatla Vattaşen (indiki Oğuz) rayonunun Xaçmaz kənd orta məktəbində,

1975-ci ildə Şəki şəhər 7 nömrəli orta məktəbində,

1976 – 1983-cü illərdə Şəki şəhər 20 nömrəli orta məktəbində fizika müəllimi işləyib.

1983-cü ilin sentyabr ayından Şəki Pedaqoji Texnikumunda müəllim işləyib; o cümlədən,

1987 – 1991-ci illərdə qiyabi şöbənin müdiri,

1991 – 2016-cı illərdə tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

2016 – 2021-ci illərdə isə Şəki Dövlət Regional Kollecinin direktor müavini olub.

Ailəsi

Ailəli idi, iki övladı, üç nəvəsi var.

Ədəbiyyat

  1. Şükürov R., Orsər R. Məmmədov Teymurçin Müxrəddin oğlu // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı:  310. — Səh.: 261. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.