Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Teymur Zülfüqarzadə

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 19:20, 14 iyul 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Teymur Zülfüqarzadə
Zülfüqarzadə Teymur Eldar oğlu
rus.: Зульфугарзаде Теймур Эльдарович
Teymur Zülfüqarzadə
Teymur Zülfüqarzadə.
Doğum tarixi 1 aprel 1976 (1976-04-01) (48 yaş)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
İş yeri Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universiteti (rus.: Российский экономический университет имени Г.В.Плеханова) mülki hüquq fənləri kafedrası (dosent)
Elmi adı dosent
Təhsili

 • İqtisadiyyat və Hüquq İnstitutu (rus.: Институт экономики и права), (Moskva, –1995)

 • Rusiya Açıq Universitetini (rus.: Российский открытый университет), (Moskva, –1996)

 • Rusiya Federasiyası Baş Prokurorluğu yanında Qanunun və Asayişin Gücləndirilməsi Problemləri üzrə Elmi-Tədqiqat İnstitutu (rus.: проблем укрепления законности и правопорядка при Генеральной прокуратуре), aspirantura (Moskva, 1996–1998)
Atası Eldar Zülfüqarzadə

Teymur Zülfüqarzadə — Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin (rus.: Российский экономический университет имени Г.В.Плеханова) mülki hüquq fənləri kafedrasının dosenti.

Haqqında məlumatlar

1 aprel 1976-ci il tarixdə Bakıda anadan olub.

Təhsili

1995-ci ildə Moskvada İqtisadiyyat və Hüquq İnstitutunu (rus.: Институт экономики и права),

1996-cı ildə isə Rusiya Açıq Universitetini (rus.: Российский открытый университет),

1998-ci ildə Rusiya Federasiyası Baş Prokurorluğu yanında Qanunun və Asayişin Gücləndirilməsi Problemləri üzrə Elmi-Tədqiqat İnstitutunun (rus.: проблем укрепления законности и правопорядка при Генеральной прокуратуре) aspiranturasını bitirib.

Elmi fəaliyyəti

500-dən çox məqalənin, o cümlədən, 100-dən çox tədris-metodiki, 200-dən çox elmi məqalənin müəllifidir. ​

Əmək fəaliyyəti

1993-cü ildən hüquq sahəsində işləyir.

2003-cü ildən Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin dosentidir; o cümlədən,

2009 – 2013-cü illərdə mülki hüquq fənləri kafedrasının müdiri,

2013 – 2016-cı illərdə hüquq fakültəsinin dekanı vəzifəsində çalışıb.

Ədəbiyyat

  1. Зульфугарзаде Теймур Эльдарович : [arx. 12 Oct 2016 - 23 Jan 2021] : [rus.] // Федеральное государственное бюджетное образовательное учреждение высшего образования «Российский экономический университет имени Г.В. Плеханова». — Müraciət tarixi: 14.07.2021.