Teymur Zülfüqarzadə

Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 23:35, 7 iyul 2022 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)

Teymur Zülfüqarzadə — hüquq elmləri namizədi, Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin (rus.: Российский экономический университет имени Г.В.Плеханова) mülki hüquq fənləri kafedrasının dosenti.

Teymur Zülfüqarzadə
Zülfüqarzadə Teymur Eldar oğlu
rus.: Зульфугарзаде Теймур Эльдарович
Teymur Zülfüqarzadə
Teymur Zülfüqarzadə.
Doğum tarixi 13 iyun 1967 (1967-06-13) (55 yaş)
Doğum yeri Moskva, Flag of the Russian Soviet Federative Socialist Republic (1954–1991).svg RSFSR, Flag of the Soviet Union.svg SSRİ
İş yeri Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universiteti (rus.: Российский экономический университет имени Г.В.Плеханова) mülki hüquq fənləri kafedrası (dosent)
Elmi dərəcəsi hüquq elmləri namizədi
Elmi adı dosent
Təhsili

 • Moskva Politexnik Universiteti (rus.: Московский политехнический университет) (Moskva, –1992)

 • İqtisadiyyat və Hüquq İnstitutu (rus.: Институт экономики и права) (Moskva, –1995)

 • Rusiya Açıq Universitetini (rus.: Российский открытый университет) (Moskva, –1996)

 • Rusiya Federasiyası Baş Prokurorluğu yanında Qanunun və Asayişin Gücləndirilməsi Problemləri üzrə Elmi-Tədqiqat İnstitutu (rus.: Научно-исследовательский институт проблем укрепления законности и правопорядка при Генеральной Прокуратуре Российской Федерации), aspirantura (Moskva, 1996–1998)
Atası Eldar Zülfüqarzadə
Elmi rəhbəri Aleksandr Suxarev
facebook səhifəsi

Haqqında məlumatlarRedaktə

13 iyun 1967-ci il tarixdə Moskvada anadan olub.

TəhsiliRedaktə

1984-ci ildə SSRİ Pedaqoji Elmlər Akademiyasının Moskva şəhər 315 №-li eksperimental orta məktəbini,

1992-ci ildə Moskva Politexnik Universitetini (rus.: Московский политехнический университет),

1995-ci ildə İqtisadiyyat və Hüquq İnstitutunu (rus.: Институт экономики и права) (Moskva),

1996-cı ildə Rusiya Açıq Universitetini (rus.: Российский открытый университет) (Moskva),

1998-ci ildə Rusiya Federasiyası Baş Prokurorluğu yanında Qanunun və Asayişin Gücləndirilməsi Problemləri üzrə Elmi-Tədqiqat İnstitutunun (rus.: Научно-исследовательский институт проблем укрепления законности и правопорядка при Генеральной Прокуратуре Российской Федерации) aspiranturasını (Moskva) bitirib.

Hərbi xidmətdəRedaktə

1985 – 1987-ci illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub (rabitə qoşunları, böyük güc radiostansiyasının ötürücü hissəsinin rəisi).

Elmi fəaliyyətiRedaktə

1998-ci ildə hüquq elmləri doktoru, professor Aleksandr Suxarevin elmi rəhbərliyi ilə namizədlik dissertasiyasını müdafiə edib.

500-dən çox çap olunmuş məqalənin, o cümlədən, 100-dən çox tədris-metodiki, 200-dən çox elmi məqalənin müəllifidir. ​

Əmək fəaliyyətiRedaktə

1993-cü ildən hüquq sahəsində işləyir.

2003-cü ildən Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin dosentidir; o cümlədən,

2009 – 2013-cü illərdə dövlət-hüquq fənləri kafedrasının müdiri,

2013 – 2016-cı illərdə hüquq fakültəsinin dekanı vəzifəsində çalışıb.

2007-ci ildə O.E.Kutafin adına Moskva Dövlət Hüquq Universitetinin (rus.: Московский государственный юридический университет имени О.Е.Кутафина) dövlət-hüquq kafedrasının dosenti olub.

Təltif və mükafatlarıRedaktə

  • Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin fəxri fərmanı – təhsil sahəsində xidmətlərinə və çoxillik vicdanlı əməyinə görə (əmr № 1009, 23 dekabr 2016-cı il).

ƏdəbiyyatRedaktə

  1. Зульфугарзаде Теймур Эльдарович : [arx. 12 Oct 2016 - 23 Jan 2021] : [rus.] // Федеральное государственное бюджетное образовательное учреждение высшего образования «Российский экономический университет имени Г.В. Плеханова». — Müraciət tarixi: 14.07.2021.

Aidiyyəti linklərRedaktə